İsrail və “Hizbullah” arasında atəşkəs elan olunub.
Bizim.Media xəbər verir ki, “Reuters“ agentliyi bu barədə anonim ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Mənbə qeyd edib ki, ABŞ və Qətərdən olan vasitəçilər İranın köməyi ilə bu razılaşmanın əldə olunmasına müvəffəq olub.
Qeyd edək ki, daha əvvəl “Bild” nəşri İranın İsrailin Livandakı hava hücumlarına cavab olaraq Hörmüz boğazını yenidən bağladığını yazmışdı.
Xatırladaq ki, bu gün İsrail Müdafiə Ordusu (IDF) Livanın cənubunda "Hizbullah" qruplaşmasına məxsus 80-dən çox hədəfə zərbələr endirib.
Bizim.Media




























































































