Bu işlərdə çalışmaq siqaretdən DAHA ZƏRƏRLİDİR

Hazırda oxunan: Bu işlərdə çalışmaq siqaretdən DAHA ZƏRƏRLİDİR

620415

Davamlı oturaraq işləməyin ömrü qısaltdığı, hətta siqaret və piylənmə qədər böyük bir ölüm riski daşıdığı məlum olub.

Bizim.Media "NTV"yə istinadən xəbər verir ki, Çində aparılan və nəticələri "İdman və Sağlamlıq Elmi" jurnalında dərc olunan araşdırma hər kəsi təəccübləndirib.
 

Belə ki, araşdırma üçün 10 il ərzində 41 min insanı nəzarətdə saxlayan mütəxəssislər müəyyən ediblər ki, sağlamlıq baxımından ən aşağı risk gündə orta hesabla 4 saat oturanlardadır. Ancaq gündə 8 saat oturmaq isə insanın bədənində kütlə indeksini artırır, xolesterolu yüksəldir.


Mütəxəssislər təkcə çoxun deyil, azın da zərərli olduğu fikrindədirlər. İki saatdan az oturmaq da sağlamlıq üçün risk yarada bilər.

Onlar düşünürlər ki, gündə 4 saatdan çox oturan insanların, bu müddətin yalnız 30 dəqiqəsini fiziki aktivliyə ayırması mənfi təsirləri böyük ölçüdə aradan qaldırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin