Tramp Qasım Süleymaninin necə öldürülməsindən danışdı – VİDEO

Hazırda oxunan: Tramp Qasım Süleymaninin necə öldürülməsindən danışdı – VİDEO

620394

ABŞ Prezidenti Donald Tramp iranlı general Qasım Süleymaninin zərərsizləşdirilməsini “Yaxın Şərq tarixinin ən mühüm hadisələrindən biri” adlandırıb.

Bizim.Media xəbər verir ki, Tramp “Axios”a müsahibəsində bu barədə danışıb.

Onun sözlərinə görə, Süleymani son 100 ildə ən çox qorxu yaradan şəxslərdən biri olub və hətta İranın ali dini rəhbərliyinin nümayəndələri tərəfindən də ehtiyatla qarşılanıb.
 

ABŞ Prezidenti bildirib ki, Süleymani ABŞ-ın beş hərbi bazasına qarşı hücum hazırlayırmış. Trampın iddiasına görə, onun öldürülməsi planlaşdırılan hücumdan təxminən bir həftə əvvəl həyata keçirilib.


Tramp qeyd edib ki, bu əməliyyat regionda təhlükəsizliyin təmin olunmasına və mümkün itkilərin qarşısının alınmasına xidmət edib.

Qeyd edək ki, Qasım Süleymani 2020-ci ilin yanvarında İraqın paytaxtı Bağdad yaxınlığında ABŞ-ın həyata keçirdiyi hava əməliyyatı nəticəsində öldürülüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin