“Polşa Rusiya ilə danışıqlar masasında yer almalıdır. Əks halda əldə edilən razılaşmaları tanımayacağıq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Polşanın Baş naziri Donald Tusk Avropa İttifaqı sammitində çıxışı zamanı bildirib.
Baş nazirin sözlərinə görə, Ukrayna ilə bağlı istənilən qərar Polşanın maraqlarına birbaşa təsir göstərir və buna görə də Varşava danışıqlarda ya Aİ mexanizmləri vasitəsilə, ya da birbaşa iştirak etməlidir:
“Polşa özünü təmsil olunmadığı formatlarda, məsələn, E3 formatında (Fransa, Almaniya və Böyük Britaniya) qəbul edilən qərarlara riayət etməyə borclu hesab etməyəcək”.
Xatırladaq ki, iyunun 19-da Polşa prezidenti Karol Navrotski Volodimir Zelenskini ölkənin ən ali dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum edib.
Qərarın verilməsinə səbəb Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “UPA qəhrəmanları” adının verilməsi olub. Sözügedən hadisədən sonra iki ölkə arasındakı münasibətlərdə gərginlik müşahidə olunur.
Bizim.Media




































































































