ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin ilk günləri barədə diqqətçəkən bəyanatlar verib. O, Ukrayna ordusuna verdiyi "Javelin" tank əleyhinə raket komplekslərinin və Rusiyanın hərbi taktiki səhvlərinin müharibənin gedişatını tamamilə dəyişdiyini vurğulayıb.
Bizim.Media xəbər verir ki, ABŞ lideri "Axios" nəşrinə müsahibəsində bu barədə danışıb.
Tramp Rusiyaya qarşı yumşaq davranması ilə bağlı ittihamları rədd edərək deyib:
"Mənim Rusiyaya qarşı xoş rəftar etdiyimi deyirlər. Mən Rusiyaya qarşı heç də mülayim deyiləm, əksinə, onlara qarşı çox sərt olmuşam. Ukraynalılara 'Javelin'ləri məhz mən verdim. 'Javelin' tank əleyhinə silahdır və həmin Rusiya tankları onunla darmadağın edildi".
Ağ Ev rəhbəri müharibənin başladığı ilk günlərdə Rusiya ordusunun Kiyev yaxınlığında ilişib qalması və palçığa batması anlarını da xatırladıb:
"Hamı soruşurdu ki, nə baş verir? Bilirsiniz ki, peyk fotoşəkilləri var idi. Tanklar sıraya düzülmüşdü və günlərlə hərəkət etmirdi. Onlar sanki bataqlığa, demək olar ki, qum bataqlığına bənzər bir palçığa batmışdılar və hərəkət edə bilmirdilər. Əgər rusiyalı generallar birbaşa beton magistral yolla irəliləsəydi, dörd saat ərzində Kiyevdə olardılar və Ukraynanın buna qarşı edə biləcəyi heç bir şey yox idi. Həmin müharibə cəmi bir günə bitərdi".
Tramp bunun təxminən dörd il yarım əvvəl baş verdiyini və Rusiya tərəfindən çox böyük bir səhvə yol verildiyini qeyd edib:
"Onlar tamamilə hazırlıqsız idilər. Üstəlik, ukraynalılar həmin tankları məhv edəndə bu, onlara böyük bir inam bəxş etdi. Bilirsiniz ki, özünəinam çox vacib amildir".
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:38 / 20.06.2026
Tramp: “Rus generallar həmin səhvi etməsələr, Kiyevə 4 saata çatardılar” – VİDEO
Hazırda oxunan: Tramp: “Rus generallar həmin səhvi etməsələr, Kiyevə 4 saata çatardılar” – VİDEO
Hazırda oxunan: Tramp: “Rus generallar həmin səhvi etməsələr, Kiyevə 4 saata çatardılar” – VİDEO
620382
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































