“Əgər Aleksandr Lukaşenko Belarus ərazisində Rusiyanın Ukraynaya dron hücumlarını istiqamətləndirən retranslyatorların fəaliyyətini dayandırmasa, bunu bir həftə ərzində ukraynalılar edəcəklər”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
“Lukaşenko Belarusun rəhbəridir, bu ölkə bizim qonşumuzdur. Sərhəddə təhlükəsizlik bizim üçün çox vacibdir. O, çox yaxşı başa düşür ki, biz artıq böyümüş insanlarıq. Sadəcə sözlərə görə heç kim incimir. Amma bu, mənim ölkəmin təhqiridirsə, buna görə inciməyə əsasımız var və bunu unutmayacağıq”, – deyə Zelenski qeyd edib.
Zelenski əlavə edib ki, Rusiya bundan sonra da Lukaşenkonu müharibəyə daha fəal qoşulmağa sövq edəcək, lakin Ukrayna buna cavab verməyə davam edəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:04 / 20.06.2026
Zelenskidən Lukaşenkoya ultimatum: Bir həftəyə... – VİDEO
Hazırda oxunan: Zelenskidən Lukaşenkoya ultimatum: Bir həftəyə... – VİDEO
Hazırda oxunan: Zelenskidən Lukaşenkoya ultimatum: Bir həftəyə... – VİDEO
620365
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































