Şəki şəhərindən Birinci Qarabağ müharibəsinə qatılan şəhid Könül Qəhrəmanovanın atası Kamran Qəhrəmanov bu gün vəfat edib.
Bizim.Meda-nın yerli bürosu xəbər verir ki, onun uzun illərdir xəstəlikdən əziyyət çəkdiyi qeyd olunub.
Bildirilib ki, şəhid atası sabah dəfn olunacaq.
Qeyd edək ki, şəhid Könül Qəhrəmanova 1972 ci il Şəkidə doğulub.1991-ci ilin noyabr ayından ali məktəbi yarımçıq qoyaraq cəbhəyə yollanıb. 1992-ci il sentyabr aylarında Xocalı, Ağdam, Ağdərə rayonlarında tibb bacısı kimi yaralılara kömək edib. 1992-ci il Ağdamın Cinli kəndində gedən ağır döyüşlər zamanı düşmən gülləsinə tuş gəlib. Şəkidə dəfn olunub.
Allah rəhmət eləsin!

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
22:57 / 19.06.2026
Şəkidə şəhid atası vəfat edib - FOTO
Hazırda oxunan: Şəkidə şəhid atası vəfat edib - FOTO
Hazırda oxunan: Şəkidə şəhid atası vəfat edib - FOTO
620336
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































