SON DƏQİQƏ! İran Hörmüz boğazını yenidən BAĞLADI

Hazırda oxunan: SON DƏQİQƏ! İran Hörmüz boğazını yenidən BAĞLADI

620279

İran İsrailin Livandakı hava hücumlarına cavab olaraq Hörmüz boğazını yenidən bağlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
 

Bildirilib ki, Hörmüz boğazında xəbərdarlıq atəşi açılıb və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) gəmilərin boğazdan uzaq durması üçün radio çağırışı edib.


Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, bu gün İsrail Müdafiə Ordusu (IDF) Livanın cənubunda "Hizbullah" qruplaşmasına məxsus 80-dən çox hədəfə zərbələr endirib.

Xatırladaq ki, ABŞ və İran arasında əldə olunan razılaşmaya əsasən, iyunun 15-dən etibarən Hörmüz boğazından gəmilərin keçidi bərpa olunmuşdu. Bundan əlavə, Anlaşma Memorandumunda Livanda əməliyyatların dərhal dayandırılması müddəası da öz əksini tapıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin