Ronaldinyo böyük futbola QAYIDIR

Hazırda oxunan: Ronaldinyo böyük futbola QAYIDIR

620380

Dünya şöhrətli braziliyalı futbolçu Ronaldinyo peşəkar futbol karyerasını bərpa etmək qərarına gəlib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 46 yaşlı futbolçu İtaliyanın "Ravenna" klubu ilə razılığa gəlib.
 

Klubun sahibi iş adamı İnyasio Çipriani deyib ki, Ronaldinyonun razılığa gəlməsi klub üçün müstəsna hadisədir. Ronaldinyo ilə müqavilənin imzalanması iyunun 23-də Mayamidə keçiriləcək təntənəli tədbirdə elan ediləcək. Orada həmçinin klubun yeni forması da təqdim olunacaq.


Qeyd edək ki, tarixin ən texnikalı və kreativ futbolçularından biri hesab olunan əfsanəvi hücumameyilli yarımmüdafiəçi qeyri-adi cərimə zərbələri və daim üzündən əskik olmayan təbəssümü ilə "futbol sehrbazı" kimi tanınır.

İki dəfə ardıcıl olaraq FİFA-nın "İlin Ən Yaxşı Oyunçusu" (2004, 2005) seçilib və 2005-ci ildə dünyanın ən prestijli fərdi mükafatı olan "Qızıl Top" mükafatına layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin