Səhhətində yaranan narahatlıq səbəbindən bir neçə gündür xəstəxanada müalicə alan Xalq artisti Flora Kərimova bu gün evə buraxılır.
Bizim.Media xəbər verir ki, bu barədə “qafqazinfo.az”a sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib.
O bildirib ki, Flora Kərimovanın müalicə prosesi müsbət nəticə verib və həkimlərin qərarına əsasən, bu gün saat 3-də evə buraxılacaq.
Qeyd edək ki, 84 yaşlı Xalq artisti Flora Kərimovanın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib. Səhhətindəki problemlərlə əlaqədar olaraq sənətkarın iyunun 20-də Yaşıl Teatrda planlaşdırılan çıxışı da sentyabr ayına təxirə salınıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:12 / 20.06.2026
Flora Kərimova bu gün xəstəxanadan evə BURAXILACAQ
Hazırda oxunan: Flora Kərimova bu gün xəstəxanadan evə BURAXILACAQ
Hazırda oxunan: Flora Kərimova bu gün xəstəxanadan evə BURAXILACAQ
620393
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































