Rəqəmsal dövrdə sürücülərin maşını saxlayb yolun kənarındakı dayılardan yolu soruşmasını nədənsə heç kəs özünə sığışdırmır. Dədə-baba yol göstərmə qaydası ən etibarlı olsa da, hamı müasir dövrün üstünlüklərindən istifadə etmək istəyir, bunun üçün də “Google Map”, “Waze” xidmətlərindən yararlanır. Amma sonuncusu daha gözləntiləri doğrultmur. Nəticədə yollarda azan, tətbiqin səhvi üzündən cərimələnən sürücülərin də sayı artır.
Qeyd edək ki, “Waze” naviqator proqramı sürücülərə nəqliyyat axınını, yolun sıxlığını bildirməkdə kömək edir.
Amma bu proqram sürücülərə yol hərəkətinin təşkilində edilən dəyişikliklər barədə məlumat vermir. Təcrübədə yaşanıb: şəhərin yarısını hərlədəndən sonra sonda təktərəfli məhəllə zolağına salaraq sürücünü də digər avtomobil sahiblərini də çaşqın vəziyyətdə qoyur.
İT mütəxəssisləri bildirirlər ki, proqram təminatını yaxşılaşdırmaq üçün tətbiq daimi yenilənməlidir. Amma bu yeniliyi mütəxəssislər deyil, könüllü redaktorlar edirlər. Marşrutun vəziyyətə görə hərəkətini və yol hadisələri barədə məlumatı digər istifadəçilər yerləşdirilər.
Bəs “Waze” sürücüləri niyə azdırır?
Qeyd olunub ki, əgər yoldakı qəza, təmir və ya tıxac barədə sistemə kimsə məlumat daxil etməyibsə və ya gec yerləşdiribsə, Waze sözün əsl mənasında sürücünü naməlum istiqamətdə apara bilər.
Nəzərə alsaq ki, çox sayda sürücü tıxacdan qaçmaq üçün eyni ara küçələrə yönləndikdə, həmin yollarda tıxac yaranır və sistem digərlərinə yenidən tıxac kimi bunu göstərərək əvəzində alternativ, daha doğrusu, dolanbac yollar təklif edir.
Ona görə də "Waze"ə tam arxayın olaraq yola çıxmaq doğru deyil. Ən azından yolun istiqaməti, ümumi vəziyyəti haqqında sürücü məlumatlı olmalıdır. Bunda sonra tətbiqdən daha detallı məlumat ala bilər.
Şəfiqə Şəfa, Bizim.Media



































































































