Araq davası ailəni dağıtdı — Qardaşım bilər, mən bilərəm!

Hazırda oxunan: Araq davası ailəni dağıtdı — Qardaşım bilər, mən bilərəm!

620364

Gədəbəy rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.

Bizim.Media xəbər verir ki, Hadisə rayonun kəndlərindən birində baş verib. 1990-cı il təvəllüdlü Pərviz kənddə yerləşən, birlikdə yaşadıqları evin qonaq otağında aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı arvadı Nəsibənin (adlar şərtidir – red.) baş nahiyəsinə yumruq zərbəsi vurub.

İş üzrə izahat verən Pərviz bildirib ki, zərərçəkmiş Nəsibə onun həyat yoldaşıdır:

“Məlum hadisə günü, həyat yoldaşımla birlikdə digər kənddə keçirilən yas mərasiminə getdik.

Qayıdan zaman bacanağımın evinə yollandım, Nəsibə isə evə qayıtdı. Bir müddət sonra saat 16 radələrində evə qayıtdım və qapını açarkən qardaşım Səlimin də evdə olmasını və yemək yediyini gördüm. Səlim mənə həyat yoldaşım və azyaşlı uşaqlarımın evə tanışlarımı gətirərək onlarla araq içməməsini xahiş etmələrini dedi. Bu zaman arvadım Nəsibə də Səlimin dediklərini təsdiqlədi. Mən isə əsəbiləşərək yumruqla arvadımın baş nahiyəsinə, təpiklə sağ baldır nahiyəsinə vurdum. Ona qardaşım ilə aramızda olan söhbətə qarışmamasını dedim”.

Təqsirləndirilən şəxs deyib ki, daha sonra Nəsibə evdən çıxaraq anası Vəfagilə gedib:

“Sonrakı vaxt qayınanamın evinə gedərək Nəsibə ilə barışmaq istədim. Lakin orada mübahisə yarandı və qayınanam polisə məlumat verdi. Hazırda törətdiyim cinayət əməlinə görə peşmanam”.

Gədəbəy Rayon Məhkəməsinin rəsmi hökmü ilə təqsirləndirilən şəxs barəsindəki cinayət təqibinə xitam verilib. Qərara səbəb tərəflərin qarşılıqlı barışması və vurulmuş zərərin tamamilə aradan qaldırılması olub. Beləliklə, məhkəmə müvafiq qanunvericiliyə əsasən Pərvizi cinayət məsuliyyətindən rəsmən azad еdib. (Demokrat.az)

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin