ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Co Bayden administrasiyası dövründə Ukraynaya göndərilən Amerika silahlarının dəyərini ödəməli olduğunu bəyan edib.
Bizim.Media xəbər verir ki, ABŞ lideri əvvəlki rəhbərliyin müttəfiqlər qarşısında belə bir tələb qoymamasını kəskin tənqid edib.
Trampın sözlərinə görə, Bayden administrasiyası dövründə Vaşinqton tərəfindən Ukraynaya edilən ümumi hərbi yardımın həcmi təxminən 350 milyard dollar təşkil edib. O iddia edir ki, ABŞ-ın əvvəlki rəhbərliyi avropalı müttəfiqləri bu xərcləri kompensasiya etməyə məcbur etməyib, halbuki bu, mütləq şəkildə edilməli idi.
Ağ Ev rəhbəri bu məsələni artıq avropalı liderlərlə müzakirə etdiyini də diqqətə çatdırıb. Tramp vurğulayıb ki, Ukrayna böhranı ilə bağlı maliyyə yükü tamamilə Vaşinqtonun üzərinə düşməməli, müttəfiqlər arasında ədalətli şəkildə bölünməlidir.
Bizim.Media




































































































