Makron sirləri açdı: “Tramp Ukrayna torpaqlarının Rusiyaya verilməsi ilə razılaşmışdı” – VİDEO

Hazırda oxunan: Makron sirləri açdı: “Tramp Ukrayna torpaqlarının Rusiyaya verilməsi ilə razılaşmışdı” – VİDEO

620390

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın Rusiyanın dövlət başçısı Vladimir Putinlə Alyaskada Ukraynanın taleyini həll edəcək gizli razılaşmanın astanasından döndüyünü bəyan edib.

Bizim.Media xəbər verir ki, Fransa lideri “France 2” kanalına müsahibəsində bu barədə danışıb.

Makronun sözlərinə görə, həmin saziş Rusiya ordusunun hətta işğal etmədiyi Ukrayna ərazilərinin də rəsmi Moskvaya verilməsini nəzərdə tuturdu.

Makron Alyaskanın Ankoric şəhərində keçirilən sammit çərçivəsində baş tutan Tramp-Putin görüşünün pərdəarxası məqamlarını açaraq deyib:

"Prezident Tramp və Putinin Ankoricdəki sammitdə demək olar ki, bağlamaq üzrə olduqları razılaşma belə idi: “Biz Ukraynanın hələ işğal olunmamış ərazilərini də rəsmi Moskvaya verəcəyik”. Bundan sonra biz avqust ayında bir nümayəndə heyəti ilə Vaşinqtona getdik ki, onlara 'Bu qeyri-mümkündür, biz buna mane olmağa çalışırıq...' deyək. Ukraynalıların öz potensialı və yaratdıqları etimad sayəsində böyük bir yol qət edildi və bu yol onların qələbəsidir".

Fransa liderinin sözlərinə görə, Avropa nümayəndə heyəti ABŞ prezidentinə döyüş meydanındakı real vəziyyəti izah edib:

“Ukrayna müqavimət göstərirdi və onun qışı sağ çıxara bilməyəcəyi ilə bağlı iddialar tamamilə əsassız idi”.

Makron əlavə edib ki, bu diplomatik müdaxilədən sonra Trampın mövqeyi dəyişib:

"O gördü ki, Rusiya öz öhdəliklərinə əməl etmir və Rusiyanın 'Mən sülh istəyirəm' dediyi yerdə Tramp başa düşdü ki, onların sülh anlayışı əslində Ukraynanın tam kapitulyasiyası deməkdir".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin