Bu ölkədə smartfonlar QADAĞAN EDİLDİ

Hazırda oxunan: Bu ölkədə smartfonlar QADAĞAN EDİLDİ

620384

Əfqanıstandakı Taliban rejimi smartfon istifadəsini qadağan edən qərar çıxarıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərara əsasən, qadağanı pozanların telefonları müsadirə ediləcək, cihazlar məhv ediləcək və şəriət qanunlarına əsasən cəzalandırılacaqlar.

Qərar yüksək vəzifəli şəxslərdən tutmuş aşağı səviyyəli personala qədər bütün dövlət məmurlarını əhatə edir.

İstisnalar yalnız Taliban lideri Hibatullah Axundzadənin xüsusi yazılı icazəsi ilə mümkündür. Sosial mediada paylaşılan videolarda bəzi rəsmilərinin telefonlarının sındırıldığı görünür.

Analitiklər hesab edirlər ki, bu qadağan Əfqanıstanı qlobal internetdən daha da təcrid etmək üçün daha geniş strategiyanın bir hissəsi ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin