General Sisinin qisas arzusu Türkiyəyə nə vəd edir?

Hazırda oxunan: General Sisinin qisas arzusu Türkiyəyə nə vəd edir?

145869

Məlum olduğu kimi, Misir parlamenti qondarma “erməni soyqırımı”x9dnın qəbuluna hazırlaşır. Artıq millət vəkillərinin bir çoxu soyqırımının qəbulundan yana səs verəcəklərini bildirib. Maraqlıdır, qondarma “erməni soyqırımı”x9dnın bir müsəlman dövlətində qəbul edilməsi nə ilə bağlıdır? Niyə Türkiyə və türk dünyası bu tendeniyanın qarşısını ala bilmir?

Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli bunu Türkiyə və Misir hökumətləri arasındakı münasibətin gərgin olması ilə izah edib:

“Misirdə qanuni hakimiyyət hərbi çevriliş nəticəsində ələ alındı. Doğrudur, bu qanuni hakimiyyət dini hakimiyyət idi və ölkənin dünyəvi konstitusyon quruluşu üçün təhlükə yaradırdı. Ona görə də dünyanın heç bir dövləti general Sisinin hakimiyyəti ələ almasına etiraz etmədi. Lakin Ərdoğan general Sisinin əleyhinə danışdı. Dövlət çevrilişindən, “Müsəlman qardaşları”x9d liderinin heç bir günahının olmadığı və həbsdən azad edilməsinin zəruriliyindən bəhs etdi. Nəticədə, Misir-Türkiyə münasibətləri tamamilə pozuldu. BMT-də Türkiyədə hərbi çevriliş məsələsi müzakirə edilən zaman TŞ-da keçici üzvlüyə malik Misirin nümayəndəsi qərarın qəbul edilməsinə imkan vermədi. Görünən odur ki, Misirin yanaşması tarixi faktlara yanaşmadan deyil, iki siyasi liderin bir-birinə olan münasibətindən qaynaqlanır. Bu gün general Sisi Ərdoğan hakimiyyətindən qisas almaq üçün əlinə düşən bu imkanı fürsət bilir.

General Sisi dürüst bir şəxs deyil və Misirdə vəziyyəti ağırlaşdıran mühit formalaşdırıb. Bir çox müsəlman dövlətləri əleyhinə açıq mübarizə aparmaqdan çəkinmir. İsraillə normal münasibətlər yaratdığı halda İranla, Türkiyə ilə münasibətləri korlayır. Sisi əsgər təfəkkürlü bir şəxs olduğu üçün böyük siyasətdə özünü təsdiqləyə bilmir. Misirdə diktatura rejimi yaradan Sisinin hərəkətləri pislənməyə layiqdir”x9d.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin