Azərbaycanda əhalinin siyahıyaalınması KEÇİRİLƏCƏK

Hazırda oxunan: Azərbaycanda əhalinin siyahıyaalınması KEÇİRİLƏCƏK

623837

2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Siyahıyaalınma Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə ölkənin bütün ərazisi üzrə əhaliyə dair müfəssəl məlumatların əldə edilməsi və sosial-demoqrafik vəziyyətin qiymətləndirilməsi məqsədilə reallaşacaq.

Fərmana əsasən, 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək.

Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etmək, əhalinin siyahıyaalınması ilə bağlı zəruri məlumatların inzibati mənbələrdən əldə edilməsi üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarında və sistemlərində olan müvafiq məlumatların Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiyasının təmin edilməsi ilə bağlı tədbirlər görmək tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin