"Ankara terrorunu Ərdoğanının Azərbaycana səfəri ilə bağlamağa, belə bir radikal fikir söyləməyə düşünürəm ki, ehtiyac yoxdur. Amma bu məqam həm sadə insanları, həm analitikləri, politoloqları, bu məsələlərlə yaxından maraqlanan insanları tədirgin etməyə bilməz. İki dəfə belə bir hadisənin baş verməsi müəyyən suallar yaradır".xa0
Bunu Moderator.az-a açıqlamasında politoloq Azər Qasımlı bildirib.xa0
Azər Qasımlı hesab edir ki, ciddi məsələlərin müzakirəsi üçün Ərdoğanın Azərbaycana gəlməsinə xüsusi ehtiyac yoxdur: "Prezidentlər çox ciddi məsələləri müzakirə edəcəklərsə, bunun üçün çoxlu alternativ variantlar var. Mütləq şəkildəmi Ərdoğan Azərbaycana gəlməli, burda müzakirələr olmalıdır? Belə önəmli görüş olsaydı, mən hesab edirəm ki, bu, çoxdan baş tutardı. Amma dediyim kimi baş verən terror hadisələrinin iki dəfə Ərdoğanın Azərbaycana səfəri ərəfəsində baş verməsi bizdə də müəyyən suallar yaradır".xa0





































































































