Eldar Sabiroğlunun oğlu aclığı davam etdirir...

Hazırda oxunan: Eldar Sabiroğlunun oğlu aclığı davam etdirir...

112996
Zərdab rayon prokurorluğunun istefa vermis müstəntiqi Rüfət Səfərov artıq dördüncü gündür aclığı davam etsirir.

Bu barədə Səfərovun həyat yoldaşı Nuray Səfərova Amerikanın Səsinə bildirib.

“Rüfət dünəndəın halsız vəziyyətdədir, danışmaq imkanında deyil. Təzyiqi qeyri-stabil olaraq qalır. İnid yenə həkim dəvət etmişik”x9d, o qeyd edib.

Nuray Səfərova həyat yoldaşının baş prokurora etdiyi müraciətə hələ cavab almadığını deyib.

“İndiyədək Rüfətə baş çəkən və onu dinləyən olmayıb. Hətta insan hüquqlarını müdafiə edən təşkilatların nümayəndələri belə zəng edib, onun aclıq etməsinin səbəbləri ilə maraqlanmayıb”x9d, xanım Səfərova bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, iqtidarda olan Yeni Azərbaycan Partiyasının yaradılmasında iştirak edən şəxslərdən biri Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov ədalətsizliyə və atasına qarşı təzyiqlərə etiraz olaraq dekabrın 21-də Zərdab rayon prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib.

Bundan sonra onun iş otağında və yaşadığı evdə axtarış aparılıb. Şəxsi komputeri götürülüb, mobil telefonlarına baxış keçirilib. Səfərov dekabrın 21-dən bunlara etiraz olaraq aclıq aksiyasına başlayıb.

Baş Prokurorluğun mətbuat xidməti isə bildirib ki, Zərdab rayon prokurorluğunun müstəntiqi Rüfət Səfərov “Prokurorluq haqqında”x9d qanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”x9dnin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.

“İcra və əmək intizamının, eləcə də prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar hazırda Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab rayon prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır”x9d, mətbuat xidməti qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin