VİP sədri Əli Əliyev Moderator.az-a açıqlamasında Qərb və Azərbaycanda insan hüquqlarına, insan faktoruna verilən önəmi müqayisə edib, bu əsnada maraqlı fikirlər səsləndirib
“Madridin
Real klubu və Fransa millisinin top ulduzu Kərim Benzema yığma toplantısına
çağrılmayıb. Haqqında mətbuatda yazılan şantaj iddiası və bu iddiaya əsasən
yığma yoldaşı Valbuenanın yazdığı şikayət, Benzemanı vətəni Fransada keçiriləcək
Avropa birinciliyindən də kənarda saxlaya bilər. Məhkəmə araşdırması getməsinə
baxmayaraq, Fransa futbol maraqları ziddinə olsa belə, Fransa Futbol İttifaqı məişət
davranışına şübhə olan bir şəxsin, Fransa dövlətini təmsil etməsini məqbul
saymayıb. Başqa sözlə, Futbol rəhbərliyi Fransanın idman çıxarları ilə mənəvi dəyərlər
arasında ikincini seçib. Bununla da 5-ci respublikada hansı dəyərlərin üstün
olduğunu bariz şəkildə nümayiş etdiriblər.
Bizimlə müqayisə edək. Müqayisə ən yaxşı indikatordur. Ölkədə
ən aparıcı nazirliklərdən biri-MTN şəxsi motivli yanlışa yol verdikdən sonra
ifşa olunur. Nazirliyin demək olar ki, bütün rəhbərliyinin olmazın cinayətləri
aşkarlanır. Hakimiyyət susur. Digər nazirlik-Rabitə və İnformasiya Texnologiyaları
naziri işdən qovulur, nazirliyin rəhbərliyi külli miqdarda korrupsiyada ittiham
olunur, hakim partiyanın əsas qurumlarından sayılan Nəzarət-Təftiş Komissiyasının
rəhbərinə 9 rəqəmli korrupsiya ittihamı mətbuatda işıq üzü görür. YAP susur.
İnsanlar, inzibati fərsizlik (və ya aşırı çeviklik və acgözlük) səbəbindən
evində yanır, boğulur, dənizdə həlak olur. İqtidar danışmır. Ermənilərlə
müharibə şəraitində olduğumuz bir vaxtda hay qarışığı olanlara hökümətdə,
parlamentdə yer və yemlik ayrılır, hətta Bayraq Meydanı beləsinə həvalə edilir. Şəxsi
zəmində qələt eləmişi içəri basırlar, dövlətin qurucusunu təhqir edəni əhf
edirlər. Cavabdehlər dinmir. Pulun məzənnəsinin saxlanmasına ayda 1,5-2 milyard
vəsait xərclənir, 3 milyon vətəndaşımız ağır bank şərtləri altında borclanıb,
insanların əksəriyyəti iqtisadi və maliyyə boyunduruğunda inləyir. Hakim
komanda "hər iş əladır" söyləyir. Büdcə qurumlarında 65-i haqlamış həmən
işdən qovulur, təqaüdə məhkum edilir. Hakimiyyətin əsas hissəsi uzunömürlülük
yarışına çıxıb, Dövləti yönləndirir. Həkim, müəllim olmaz, Baş nazir, deputat və
s. olar. Qərar verənlər məzələnir. Siyahını xeyli artırmaq olar, amma nə
fayda?! Müqayisədən aydın görünür ki, mədəni dünya ilə bizim fərqimiz nə qədər
böyükdür. Aramızda olan cəmiyyətə sayğı, ictimai fikrə hörmət, dəyərlərə ehtiram
məsələlərində uçurum aydın nəzərə çarpır.
Hakimiyyət
nə qədər görməzlik nümayiş etdirsə də, beynəlxalq vəziyyətin gərginliyi və bu
fonda neftin ucuzlaşması cəmiyyəti narkozdan oyadacaq. Neft
pullarının ətrindən bihuş olmuş cəmiyyəti oyandıqdan sonra bu qayda ilə idarə
etmək mümkünsüz olacaq. Əhəli mütləq "180 milyard hara xərcləndi?"
sualını verib, bədxərcləri sorğu suala çəkəcək. Əlbəttə ki, mən belə mühakimənin
baş tutmasını istəmirəm, çünki bu inqilab deməkdir. Mən isə onun qəti əlehdarıyam.
Brent psixoloji 40$ həddini, mənfi mənada, 2 gündür ki, keçib. Analitiklər 25$
olacağını söyləyirlər”x9d.
Seymur
Əliyev



































































































