Agentlik direktoru "Xəzər"i necə ələ keçirdi? - Bədəlovu MTN-dəki şəbəkə ilə nə bağlayır?

Hazırda oxunan: Agentlik direktoru "Xəzər"i necə ələ keçirdi? - Bədəlovu MTN-dəki şəbəkə ilə nə bağlayır?

104659

Şahmar Mövsümovun yaxınlarının adıxa0saxtakarlıq əməliyyatında

Artıq xeyli müddətdir ki, ölkə gündəminin əsas mövzusunu Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən hadisələr təşkil edir. Sabiq nazir Eldar Mahmudov istefaya göndərildikdən sonra açılan dəhşətli faktlar MTN-də qatı cinayətkar bir dəstənin fəaliyyət göstərdiyini ortaya çıxardı. Hansı ki, onlar iş adamlarını soymaq, günahsız insanları şərləyərək həbs etmək, intihara məhkum etmək, ölkə rəhbərliyində olan insanları belə dinləyərək, onlara qarşı kompramat toplamaq, hətta bu məlumatları xarici kəşfiyyat orqanlarına satmaq və sair bu kimi ağılasığmaz cinayətlərlə məşğul olublar. MTN”“də “yuva salan”x9d bu cinayətkar şəbəkənin digər nazirliklərdə, komitələrdə işbirlikçiləri olub ki, hazırda onların da ifşası prosesi başlayıb.

Agentlik direktorunu MTN-də ifşa olunan cinayətkar şəbəkə ilə nə bağlayır?

1mmm


Bu baxımdan Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin mərhum rəhbəri, sabiq Dövlət Katibi xa0Tofiq İsmayılovun qızı Səbinə İsmayılovanın “AzPolitika.info”x9dya müraciəti diqqəti cəlb edir. Hansı ki, bu işin də “qəhrəmanlarının”x9d MTN”“dəki məlum dəstə ilə işbirliyində olduğunu ehtimal etmək üçün ciddi əsaslar var.
Söhbət Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlov, həmin agentliyin nəzdində olan “Azalternativenerji”x9d MMC-nin direktoru vəzifəsində çalışan Rizvan Vəliyev və digərlərindən gedir.

Əvvəlcədən qeyd edək ki, Rizvan Vəliyev ölkənin maliyyə dayanıqlığına ağır zərbə vuran, qanunsuz olaraq milyardlarla vəsaitin xaricə çıxarılmasına şərait yaradan MTN-nin Hava Limanı İdarəsinin bugünlərdə işdən çıxarılan sabiq rəisi Pərviz Vəliyevin qardaşıdır.
Akim Bədəlov isə Eldar Mahmudov-Cahangir Hacıyev tandemi tərəfindən yaradılan “dərin dövlət”x9d klanının aktiv üzvü olan polkovnik Pərviz Vəliyevin dayısıdır.

1sss



Bunlardan əlavə Səbinə İsmayılovanın təqdim etdiyi sənədlərdən daha 2 nəfərin bu işdə əsas rol oynadığı məlum olur ”“ Akim Bədəlovun həyat yoldaşı Mövsümova Akifə Şərif qızının və onun əmisi oğlu Şahin Mövsümovun.
Əldə olan sənədlərdən belə görünür ki, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qardaşı olan Şahin Mövsümov, 2009-cu ildə bütün payını əmisi qızına dövr etməklə, Akim Bədəlovun qurduğu oyundan çıxıb.
Bu adamların MTN-də ifşa olunan məlum dəstə ilə hansı işbirliyinin olduğuna dair iddialara keçməzdən əvvəl, Səbinə İsmayılova və anası Lalə İsmayılovanın bu adamlarla yollarının necə kəsişməsindən qısaca söhbət açaq.

“Xəzər”x9d Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzini kim və niyə yaradıb?

300px-Ismayilov_TK_


Bununla bağlı Səbinə İsmayılova müraciətində yazır: “13 mart 1987-ci il tarixdə SSRİ Nazirlər Sovetinin, Professional Birliklərin Ümumittifaq Mərkəzi Sovetinin və Ümumittifaq Lenin Kommunist Gənclər Birliyinin Mərkəzi Komitəsinin ”x9dVahid ümümdövlət gənclərin elmi-texniki yaradıcılıq sisteminin yaradılması barədə”x9d 321 saylı qərarı çıxmışdır. Həmin qərardan sonra rayon komsomol komitələri nəzdində Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzlərinin (Bundan sonra sonra “Mərkəz”x9d) yaradılması SSRİ üzrə geniş şəkildə həyata keçirildi. Bu ondan irəli gəlirdi ki, Mərkəzlərə geniş iqtisadi, hətta xarici ölkələrlə qarşılıqlı fəaliyyət imkanları və tamamilə vergidən azadolma güzəştləri verilmişdi. Mərkəzlər yalnız gəlirlərinin 3%-ni ümumittifaq, 27 %-ni isə yerli Mərkəzlərin koordinasiya sovetlərinin fonduna ödəyirdilər.

Bütün proqressiv yeniliklərə həssas olan Tofiq İsmayılov 1989-cu ilin mart ayında Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinə (mətndə bundan sonra sonra “Birlik”x9d) rəhbərlik edən dövrdə keçmiş Kirov (indi Binəqədi) rayonu Komsomol komitəsi nəzdində “Xəzər”x9d Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzini yaradır, müəssisənin fəaliyyəti üçün Binəqədi rayonu 12-ci Aşırım küç.68A ünvanda tikili və torpaq sahəsinin ayrılmasına nail olur.

Hazırda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri olan, o dövrdə Birlikdə elmi işçi işləyən Bədəlov Akim Bədəl oğlu həmin ilin may ayında “Xəzər”x9də direktor seçilir. Bilavasitə ümumittifaq büdcəsindən maliyyələşən Birlikdən bağlanmış müxtəlif müqavilələr üzrə “Xəzər”x9din hesabına külli miqdarda vəsaitlər köçürülür, kommersiya əməliyyatları və müxtəlif quraşdırma işləri aparılır, elmi və istehsal işləri üçün müasir və qiymətli qurğular və avadanlıqlar alınır. T.İsmayılovun rəhbərliyi ilə alternativ energetika üzrə elmi və eksperimental layihələr həyata keçirilir. Mərhum atam Moskvadan cəlb edilən vəsaitlər hesabına gənclərə, elm işçilərinə qazanc əldə etmək imkanı yaradırdı və təbii olaraq öz ailəsinin təminatını da düşünürdü. “Xəzər”x9din gəlirləri bütünlüklə Birliyin sifarişləri və ödənişləri hesabına formalaşırdı.

1990-cı ildə ümumittifaq miqyasında fəaliyyətlərində ciddi sui-istifadələrlə əlaqədar Mərkəzlər üçün nəzərdə tutulan güzəştlər ləğv edilir. Bu səbəbdən 1991-ci ilin martında “Xəzər”x9din, Komsomol komitəsi nəzdindən çıxaraq, müstəqil şəkildə fəaliyyətinə qərar verilir. Yaradılmasında və fəaliyyətində T.İsmayılov həlledici şəxs olduğuna görə, kollektiv mülkiyyət formasında yenidən təşkil edilən “Xəzər”x9ddə əsas pay qızı Səbinə İsmayılovaya verilir.

06 mart 1991-ci il tarixdə keçirilən payçıların iclasının 8 saylı protokoluna uyğun olaraq müəssisənin nizamnaməsi tərtib olunur və A.Bədəlov Mərkəzə yenidən direktor vəzifəsinə seçilir. 23.08.1991-ci il tarixdə yeni təşkil edilən “Xəzər”x9d Kirov rayonu Xalq Deputatları Sovetində qeydiyyatdan keçir və A.Bədəlov direktor vəzifəsinə təsdiq edilir.

Həmçinin həmin müddətdə A.Bədəlov bu vəzifə ilə bərabər Birliyin yeni yaradılmış Ekologiya İnstitutunda ödənişsiz direktor müavini vəzifəsinə təyin edilir və Birliyin baş direktoru T.İsmayılov Ekologiya İnstitutu ilə “Xəzər”x9din birgə fəaliyyət istiqamətləri barədə əmr verir.
20 noyabr 1991-ci il tarixdə T.İsmayılov faciəvi şəkildə həlak olur”x9d.

Agentlik direktoru Rusiyanın agenti olduğunu etiraf edib?

4fgSəbinə İsmayılovanın müraciətindən və təqdim etdiyi sənədlərdən belə məlum olur ki, T.İsmayılovun dünyasını dəyişməsindən və ailəsinin ona etibarından sui-istifadə edən Akim Bədəlov, “Xəzər”x9d Mərkəzini ələ keçirmək istiqamətində fəaliyyətə başlayır. Lakin bundan nə T.İsmayılovun həyat yoldaşı Lalə İsmayılova, nə də “Xəzər”x9ddə əsas pay sahibi olan qızı Səbinə İsmayılova xəbər tutur. Bunun səbəbini Səbinə İsmayılova belə izah edir: “Atamın vəfatından sonra keçən müddət ərzində “Xəzər”x9d Mərkəzi vasitəsilə “Globus Plaza”x9d, Zaqatala şəhər stadionu və bir çox digər iri tikintilər aparılmasına baxmayaraq, Bədəlov bizə böyük fasilələrlə cuzi məbləğlər ödəyirdi. Bildirirdi ki, iri maliyyə xərcləri var, işləri qaydasına düşən kimi ailəmizin qarşısındakı bütün öhdəlikləri ödəyəcək. Buna görə də, bizim A.Bədəlovun sənədləri saxtalaşdıraraq, “Xəzər”x9d Mərkəzini öz nəzarətinə keçirməsindən xəbərimiz olmayıb”x9d.

Bu faktın üstü A.Bədəlov İsmayılovlar ailəsinə verdiyi cuzi məbləği də kəsəndə açılır: “2013-cü ilin fevral ayında Agentliyə sədr vəzifəsinə təyin olunandan sonra A.Bədəlov ailəyə pul ödəməkdən imtina etdi. Anam Lalə İsmayılova A.Bədəlovun iş yerinə gedərək, ondan bu məsələlərə aydınlıq gətirilməsini istədi. A.Bədəlov anama hədə-qorxu gələrək bunları demişdi: “Tofiq İsmayılovun “Xəzər”x9din yaradılmasında heç bir rolu olmayıb. Mənə Moskvanın Siyasi Bürosu Bakıda T.İsmayılovu güdməyi tapşırmışdı. İşimi yaxşı gördüyümə görə, Siyasi Büro “Xəzər”x9di mənə bağışlayıb. Mənim kim olduğumu heç kəs bilmir, mənim möhkəm arxam var və “Xəzər”x9din məsələsini qaldırsanız, sonradan peşman olacaqsınız”x9d.

Bundan sonra İsmayılovlar ailəsi vəkilləri vasitəsilə “Xəzər”x9d Mərkəzini A.Bədəlovun və ətrafının necə ələ keçirməsini araşdırmağa başlayır. Bu zaman ortaya çıxan sənədlər “Xəzər”x9din saxtakarlıq yolu ilə ələ keçirildiyini təsdiqləyib. “Xəzər”x9ddə baş verən saxtakarlıqlardan heç kimin xəbər tutmaması üçün bu saxtakarlıqlar müəyyən ardıcıllıqla həyata keçirilib.

Akim Bədəlovxa0“Xəzər”x9di ələ keçirmək üçün hansı sənədləri saxtalaşdırıb?xa0

400323177


Belə ki, Səbinə İsmayılovanın müraciətinə və təqdim etdiyi sənədlərə görə, Nazirlər Kabinetinin məlum qərarından sonra 1995-ci ildə bütün müəssisələrin Ədliyyə Nazirliyində təkrar qeydiyyatdan keçməsi öhdəliyi yaranır: “03.03.1995-ci il tarixli “Xəzər”x9də dair 1 nömrəli saxta iclas protokolunu əldə etmişik. Bu protokolda “Xəzər”x9din 6 (altı) nəfər müdiriyyətinin iştirakı göstərilib, lakin onların adları və imzaları yoxdur.

Protokolda “Xəzər”x9din nizamnaməsinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi qərarının qəbul edildiyi göstərilir.
Bundan sonra 10.08.1995-ci il tarixdə “Xəzər”x9din təsisçiliyi ilə əlaqədar ortalığa bir müəmmalı sənəd çıxır.xa0Həmin sənədə A.Bədəlov və üç nəfər qohumu (həyat yoldaşı Akifə Mövsümovanın əmisi oğlu Şahin Mövsümov, Akim Bədəlovun bacısı oğlu Rizvan Vəliyev və Bağırlı Azad Ramiz oğlu adlı qohumu -red. ) “Xəzər”x9də dair təsis müqaviləsi bağlayır.
Müqaviləni bağlayanlar təsisçi elan edilir və müqavilə üzərinə 29.08.2015-ci il tarixdə Bakı şəhəri 34 saylı notariat kontorunun təsdiq ştampı vurulur.
Ədliyyə Nazirliyinin Notariat Arxiv İdarəsindən əldə etdiyimiz məktub və notariat reyestr kitabından çıxarışda göstərilir ki, 34 saylı notariat kontorunun təsdiq ştampında göstərilən 3654 saylı əməliyyat müqavilə iştirakçılarından biri olan R.Vəliyevin imza nümunəsinin düzgünlüyünün təsdiq edilməsidir”x9d.

Burdan məlum olur ki, A.Bədəlov başqa adla Notariat Kontorunda təsdiqlətdiyi sənədi “Xəzər”x9din yeni təsis müqaviləsi kimi Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzinin sənədlərinin arasına yerləşdirib.
Ancaq hüquqi cəhətdən heç bir qüvvəsi olmayan bu müqavilə “Xəzər”x9din 06.03.1991-ci il tarixdə 8 saylı iclas protokoluna əsasən qəbul edilmiş nizamnaməsinə tam ziddir və müəssisənin qanuni sahiblərinin hüquqlarının mənimsənilməsi deməkdir. Lakin bütün sonrakı sənədləşmədə saxta təsis müqaviləsi müvafiq dövlət qurumlarında əsas kimi qəbul edilir.
Bədəlov da məhz bu saxta sənəd əsasında 25.09.1995-ci il tarixdə “Xəzər”x9din saxta nizamnaməsini Ədliyyə Nazirliyində yeni sahiblərin adı ilə qeydiyyatdan keçirərək, qeydiyyat şəhadətnaməsi alır.

“Xəzər”x9din qanuni 1991-ci ildə qəbul edilmiş və 1995-ci ildəki saxta nizamnamələrindən aydın görünür ki, müəssisənin adı, hüquqi ünvanı və bank hesabı eynilik təşkil edir. Hüquqi ünvanların bir olduğunu A.Bədəlovun 11.02.1993-cü il tarixdə “Xəzər”x9də məxsus obyektdə mağaza açılmasına görə Binəqədi rayonu İcra Hakimiyyətinə ünvanladığı məktub və həmin məktuba verilən müsbət cavab da subut edir. “Xəzər”x9din hüquqi ünvanı yalnız 08.12.2004-cü il tarixdə dəyişdirilmişdir.

Növbəti saxtakarlıq:xa0Agentlik direktoruxa0“Xəzər”x9ddəki payını oğluna satıb

2xx


Qeyd edək ki, A. Bədəlovun “Xəzər”x9din hüquqi sənədlərini saxtalaşdırmaqda əsas məqsədi mərkəzin əmlakını ələ keçirmək olub. Və buna da nail olur. Sonrakı illərdə “Xəzər”x9də məxsus torpaq və tikilini qanunsuz olaraq müəssisənin balansından çıxararaq, yaxınlarının adına keçirir.
S.İsmayılovanın sözlərinə görə, atasının vəfatından sonra “Xəzər”x9din bank hesabında qalan külli miqdarda vəsait də A.Bədəlov və ailə üzvləri tərəfindən mənimsənilib.

Ancaq “Xəzər”x9ddə T. İsmayılovun ailəsinin payının olduğunu tam silmək üçün “Xəzər”x9din təsisçiliyi ilə əlaqədar saxtakarlıqlar növbəti illərdə də davam etdirilir. Belə ki 10.12.2009-cu il tarixdə müəssisədə saxta pay alqı-satqısı aparılmışdır.
Belə ki, guya Şahin Mövsümov və Azad Bağırlı “Xəzər”x9d Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzindəki 25 faizlik paylarını (saxta yolla adlarına yazılmış payları-red.) 5 min manata A.Bədəlovun həyat yoldaşı Akifə Mövsümovaya satırlar.

Daha maraqlısı isə odur ki, Akim Bədəlov da “Xəzər”x9ddə saxta yolla adına yazdığı 25 faiz payı guya öz oğluna ”“ Bədəlov Aqşın Akim oğluna 5 min manata satır. Dədə-bala arasındakı bu alver də eyni vaxtda rəsmiləşdirilir.
Və bu saxta alverdən sonra 11.08.2010-cu il tarixdə “Xəzər”x9din yeni sahiblərinin pay bölgüsü Dövlət qeydiyyatına aldırılır. Bununla da “Xəzər”x9ddə 50% pay Akim Bədəlovun arvadı Mövsümova Akifə Şərif qızına, 25% pay oğlu Bədəlov Aqşın Akim oğluna və 25% pay bacısı oğlu Vəliyev Rizvan Şamil oğluna məxsus olur.

Pərviz Vəliyev Mahmudovun “killer dəstəsinin”x9d əsas fiquruna çevrildikdən sonra”¦

S.İsmayılovanın sözlərinə görə, məhz bu saxtakarlıqlar tam reallaşdıqdan və bacısı oğlu Pərviz Vəliyev Eldar Mahmudovun “cinayətkar dəstəsinin”x9d əsas fiquruna çevrildikdən sonra, Akim Bədəlov İsmayılovun ailəsinə əsl sifətini göstərir. Onları açıq şəkildə hədələyərək, atalarının yaratdığı müəssisədən və onun əmlakından hər hansı pay istəməməyi tələb edir.

Ancaq ortada olan sənədlər, faktlar tam çılpaqlıqla subut edir ki, hazırda fəaliyyət göstərən “Xəzər”x9d 1991-ci ildə təşkil edilən müəssisədir və saxtakarlıq yolu ilə qanuni sahiblərindən oğurlanıb. “Xəzər”x9din qanuni sahiblərinin adları, o cümlədən əsas payçı kimi S.İsmayılovanın adı 1991-ci ilin nizamnaməsində qeyd edilən 8 saylı protokolda göstərilib.
Lakin atası faciəvi şəkildə həlak olduğuna görə, protokolun nüsxəsini ailəsinə vermək imkanı olmamışdır. S.İsmayılovanın sözlərinə görə, heç bunu əldə etməyə səy də göstərməyiblər: “Ailəmiz A.Bədəlovun sözləri və vədlərinə inanaraq, onu mərhum atama sadiq insan kimi tanıyırdı və ondan heç bir sənəd tələb etmirdi”x9d.

Məhkəmələr niyə işə obyektiv baxmayıb?

mehkeme


Akim Bədəlov əsl kimliyini göstərdikdən sonra, T.İsmayılovun ailəsi onlara məxsus müəssisəni və onun əmlakını geri almaq üçün mübarizəyə başlayır. Ancaq arxasında Eldar Mahmudovun dəstəsinin fəal üzvü ”“ MTN Hava Limanı İdarəsinin rəisi Pərviz Vəliyev kimi bacıoğlu olduğundan hüquq-mühafizə orqanları bu cinayətin üzərinə getmir.
2013-cü ildə Akim Bədəlov Ali Məhkəmənin sədri Ramiz Rzayevlə quda olduqdan sonra İsmayılovlar ailəsi məhkəmələrdən də bir nəticə ala bilməyib. S.İsmayılovanın sözlərinə görə, mərhum akademikin ailəsi 2014-cü ildə məhkəməyə müraciət edib. Lakin bütün məhkəmə instansiyaları cinayət və saxtakarlıq faktlarına göz yumaraq, ailənin əleyhinə qərar çıxarıb: “Bütün instansiya məhkəmələrində mən A.Bədəlovdan o dövrdə “Xəzər”x9din direktoru olduğuna görə 8 saylı protokolun məhkəməyə təqdim edilməsini tələb etmişəm. Lakin 8 saylı protokolun təqdim edilməsindən imtina edilib və məhkəməyə qeyri-adekvat arayışlar təqdim edilib.
Məhkəməyə saxtakarlıqları subuta yetirən bütün sənədlər təqdim olunmasına, işdə cinayət əməllərini subuta yetirən faktlar olduğundan Prokurorluğa göndərilməsi ilə əlaqədar vəsadətimizə baxmayaraq, qətnamələrdə saxtakarlıq faktları barədə bir kəlmə belə yazılmamışdır. Həmçinin məhkəmə “Xəzər”x9d yaradılan dövrdə Birlikdə işləyən və “Xəzər”x9ddə mənim əsas pay sahibi olduğum barədə dəqiq məlumatı olan şahidlərin ifadələrini qəbul etməmişdir və iddiamı rədd etmişdir”x9d.

Bu səbədən də S.İsmayılova “AzPolitika.info”x9d saytı vasitəsilə ölkə prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək, ədalətin bərpa olunmasına, Akim Bədəlov tərəfindən ələ keçirilən müəssisələrinin və əmlaklarının geri qaytarılmasına yardım göstərməyi xahiş edir. İsmayılovlar əmlaklarını geri istəyirlər.

Qaytarılacaqmı, bilmirik. Ancaq mövzunu diqqətdə saxlayacağıq.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq. (AzPolitika.info)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin