Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.
Bizim.Media xəbər verir ki, ikinci oyun günündə "Atletiko Madrid" öz meydanında "Arsenal"ı qəbul edəcək.
Qarşılaşmanın start fiti Bakı vaxtı ilə 23:00-da çalınacaq.
29 aprel
UEFA Çempionlar Liqası
Yarımfinal
23:00, "Atletiko Madrid"- "Arsenal"
Qeyd edək ki, yarımfinal qarşılaşmalarının cavab oyunları mayın 5-i və 6-da keçiriləcək.
Xatırladaq ki, ötən gün keçirilmiş PSJ - "Bavariya" qarşılaşması 5:4 hesabı ilə parislilərin qələbəsi ilə başa çatıb.
Bizim.Media









































































































