Tramp Britaniya Kralı ilə qohum imiş...

Hazırda oxunan: Tramp Britaniya Kralı ilə qohum imiş...

610034

ABŞ Prezidenti Donald Tramp və Kral III Çarlzın eyni şotland zadəganı Lennoksun 3-cü qrafı vasitəsilə qohum olduqları ehtimal edilir.

Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” qəzetində dərc olunan araşdırmada qeyd olunub. 

Tədqiqatda bu ortaq nəsil bağının onların təxminən 15 nəsil uzaqlıqda çox uzaq qohum sayılmasına səbəb ola biləcəyi qeyd edilir.

Məlumata münasibət bildirən Tramp bunu maraqlı xəbər kimi dəyərləndirib. O, “Truth Social” səhifəsində paylaşım edərək “Buckingham” sarayında yaşamaq istədiyini zarafatla ifadə edib: “Həmişə “Buckingham” sarayında yaşamaq istəmişəm! Bir azdan bu barədə Kral və Kraliça ilə danışacağam”,- deyə o yazıb.

Xatırladaq ki, Kral III Çarlz ABŞ-da səfərdədir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin