Mehibəy Səfərov MSK-nı qanunsuzluqların qarşısını almağa çağırdı

Hazırda oxunan: Mehibəy Səfərov MSK-nı qanunsuzluqların qarşısını almağa çağırdı

102658

Parlament seçkilərinə namizəd olaraq qatılan tanınmş ziyalı Mehdibəy Səfərov Moderator.az vasitəsi ilə seçicilərə, eləcə də MSK-ya müraciət ünvanlayıb. Həmin müraciəti oxucuların diqqətinə çatdırırıq:

“Əziz dostlar, hörmətli leriklilər, dəyərli seçicilər! Biz, 6 nəfər lerikli 1 noyabr 2015-ci il tarixdə AR Milli Məclisinə keçiriləcək seçkilərdə sizin səsiniz uğrunda yarışmaya çıxmışıq. Sevindirici hal odur ki, namizədlərin 6-sı da leriklidirlər. Artiq 5 gündən sonra bu yarışma başa çatır. Namizədlərdən biri kimi, bütün təbliğat və təşviqat marafonumda səy göstərdim ki, opponentlərimin hec birinin əleyhinə bir kəlmə də, qeyri-etik ifadələr işlətməyim! Acınacaqlı hal odur ki, opponentlərimdən biri sizin səsinizi əldə etmək üçün hər cür antikonstitusion, antidemokratik, antiinsani hərəkət və əməllərə yol verir və verməkdədir! Ən dəşhətlisi isə, vaxtı ilə özü bu sayaq ədalətsiz, qeyri-bərabər şəraitdə mübarizə aparmaqla, sizin mütləq əksəriyyətinizin səslərini qazanmış, lakin bu səsləri qorumağa cürəti çatmamış həmən adam bu gün öz opponentlərinə qarşı eyni utanc gətirən priyom və elementlərdən istifadə edir...

Başqa namizədlərin adından danışmaq fikrindən uzağam. Dostlar, şəxsən mənə və mənim təbliğat komandamın üzvlərinə qarşı edilən ədalətsizliklər və qanunsuzluqlar bir daha sübut edir ki, saxtakarlar yaman əl-ayağa düşüblər! Seçkinin artıq uduzduğunu hiss edən bu ağıldan kəm qoluzorlular mənə qarşı hər cür təxribat və pisliklər etməklə məşquldurlar. Bunlar üçün heç bir müqəddəs dəyər yoxdur, rəqibinə qarşı her cür qaydasız döyüş növlərindən istifadə edirlər! Birinin xeyrinə məktəblərdə dərsləri saxlayır, uşaq bağçalarında tərbiyyəçi-müəllimələri işdən ayırır, vətəndaşlardan əvvəlcədən şəxsiyyət vəsiqələrinin nömrələri yığılır və s. və ilaxır... Eləcə də, mənim təşviqat plakatlarım cırılır, müşahidəçilərimə müxtəlif təzyiqlər edilir, işdən qovulacaqları ilə hədələnərək, seçki prosesindən uzaqlaşdırılır, əleyhimə böhtan xarakterli, çirkin əks-təbliğat kompaniyası aparılır. Əhali arasında təbliğat aparırlar ki, guya, artıq seçkinin taleyi həll olunub, istədiniz-istəmədiniz, köhnə deputat yuxarıdan yenidən təyin olunub. Kimsə səy göstərib mübarizə aparırsa, o ya həddən atrıq sadəlövh, ya da psixi çatişmazlığa malik adamdır! Baxın, budur reallıq, dostlar! Belə bir qeyri-sağlam, bərabərsizlik şəraitində mən 78 saylı Lerik seçki dairəsindən AR MM-inə leriklilərin səsi uğrunda mübarizə aparıram! Mənim isə, yeganə ümidim ve inam mənbəyim sizsiniz.

Əziz leriklilər, hörmətli həmyerlilərim, dəyərli seçicilər, 1 noyabr 2015-ci il MM-ə səsvermədə şəxsən iştirak edin. Həmin gün bütün işinizi-gücünüzü atın harda olmağınızdan asılı olmayaraq səs verməyə gəlin. Boş bületen şansınızı saxtakarlara verməyin. Bilin ki, bületenlər sayladır. Əgər siz öz bületenlərinizi doldursanız ,saxtakarların bu şansını əllərindən almış olursunuz.

M.Səfərov MSK-nı mövcud qanunsuzluqları aradan qaldırmağa səsləyib:

“78 saylı Lerik seçki dairəsindən MM-ə yenidən namizədliyi irəli sürülmüş İqbal Məmmədov üçün dəridən-qabıqdan çıxaraq, canfəşanlıq edən Lerik Rayon İcra Hakimiyyəti işciləri ədalətli seçki keçirilmə prinsiplərini pozaraq, hər cür qanunsuzluqlar etməkdən çəkinmirlər!.. Bu dəqiqələrdə, məntəqə sədrləri, üzvləri, icra nümayəndələri rayonun Çayrud kəndində yerləşən xeyir-şər evinə bütün ətraf - Rvarud, Andurmə, Anzoli, Təngəbin kəndlərinin müəllimlərini, uşaq bağçası işçilərini və digər dövlət qulluqçularını toplamaqla məşğuldurlar... Bu insident birbaşa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 159.1 ( Vətəndaşın seçki hüquqlarının həyata keçirilməsinə mane olma) 159.2 (Vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə vəya namizədin müdafiəsi üçün imza yığılmasına mane olma) 159.3 ( Vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə vəya onun səs verməsinə mane olma) 159.4.1 (ələalma, aldatma, hədələmə, zor tətbiq etməklə vəya zor tətbiqetmə hədəsi etməklə) 159.4.3 ( Vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə ) xa0maddələri ilə məsuliyyət yaradan hallardır. Bu, seçki qanunlarının pozulması deməkdir!!! MSK-dan Lerik rayonunda seçki qanununun bu sayaq ədalətsizcəsinə pozulmasına son qoymağı tələb edirəm”x9d.

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin