"Bayden administrasiyasının addımları üçüncü dünya savaşına gətirib çıxara bilər..."

Hazırda oxunan: "Bayden administrasiyasının addımları üçüncü dünya savaşına gətirib çıxara bilər..."

620732
 "Amerika cəhənnəmə yuvarlanır..."
 
 "Mənin yeganə cinayətim ölkəmizi məhv etmək istəyənlərdən cəsarətli müdafiə etməyim olub..."
 
Tramp tərəfdaşları qarşısında çıxış edərək ən dəhşətli nəsnə barəsində xəbərdarlıq edib
 
 
ABŞ-ın sabiq prezidenti Donald Tramp Floridada "Mar-a-Laqo" iqamətgahında öz pərəstişkarları qarşısında çıxış edib. Tramp oraya Nyu-Yorkdan məhkəmə iclasından dərhal sonra uçub gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" nəşri məlumat yayıb.
 
Trampın sözlərinə görə, onun törətdiyi yeganə cinayəti öz ölkəsinə yardım etməsidir.
 
O, qeyd edib ki, hazırda ABŞ-da "seçkilərə indiyədək görünməyən müdaxilə baş verir". 
 
O, həmçinin Manhetten dairə prokuroru Elvin Breqq barəsində neqativ fikir söyləyib və onu əsl cinayətkar adlandırıb. 
 
Trampın fikrincə, tədqiqat barəsində məlumatın mətbuata sızmasına görə Breqqi məhkəməyə vermək və ya heç olmasa işdən azad etmək lazımdır.
 
"Corc Soros tərəfindən dəstəklənən prokuror Elvin Breqq prezident Trampa çamur atmaqla piar-kampaniya aparır", - siyasətçi deyib və vurğulayıb ki, ona qarşı irəli sürülən bütün ittihamlar "partizan hücumudur".
 
"Mən heç vaxt Amerikada buna bənzər nəsə baş verə biləcəyini düşünməzdim. Mənim törətdiyim yeganə cinayət ölkəmizi məhv etməyə çalışanlardan cəsarətlə müdafiə etməyim olub. Amerika cəhənnəmə yuvarlanır", - Tramp əlavə edib.
 
Öz çıxışında siyasətçi həmçinin adları çəkilməyən analitiklərdən iqtibas gətirib, onlar, guya, bəyan edib ki, ona qarşı ittihamların əsaslı sübutları yoxdur.
 
"Hər bir ekspert və hüquq üzrə analitik mənə deyib ki, bu iş quramadır", - o, deyib.
 
Bundan başqa, Tramp belə fikir ifadə edib ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ölkə tarixində rüsvayçı məqam olub. Sabiq prezident ehtiyat edir ki, Co Bayden administrasiyası dünyanı fəlakətə gətirib çıxara bilər.
 
"Ölkələrin nüvə silahının tətbiqi barədə açıq təhdidləri-belə şey heç vaxt xatırlanmayıb və başqa ölkələrlə Tramp administrasiyası zamanı müzakirə edilməyib. 
 
Bayden administrasiyası zamanı bu, üçüncü dünya müharibəsinə gətirib çıxara bilər. Biz bundan çox da uzaq deyilik, inansanız da, inanmasanız da", - siyasətçi bəyan edib.
 
Donald Tramp cinayət ittihamları irəli sürülən ABŞ-ın ilk eks-prezidentidir. Sabiq prezident pornoulduz Stormi Denielsi pul müqabilində susmağa vadar etməkdə ittiham edilir.
 
O, prezident seçkiləri zamanı 130 min dollar müqabilində Trampla sevgi romanını gizlətməyə razı olub. İstintaq hesab edir ki, siyasətçi bu məqsədlə pulları seçki fondundan götürüb ki, bu da qanunla qadağandır.
 
Aprelin 4-də prokurorluq 34 bənddən ibarət ittiham aktını oxuyub. Bu ittihamların məzmunu hələ bəlli deyil, çünki dərc edilməyib.
 
İttihamlar oxunduqdan sonra ABŞ-ın eks-prezidenti bəndlərin heç biri ilə razılaşmayıb, bundan sonra həbsdən azad edilib və məhkəmə zalını tərk edib.
 
O, KİV-lər üçün bəyanat verməyib, dərhal avtomaşına əyləşərək "La-Qvardiya" hava limanına yollanıb, bundan sonra Floridaya özünün iqamətgahına uçub. Məhkəmənin növbəti iclası dekabrın 4-nə təyin edilib.
 
"The New York Times" qəzeti yazır ki, Trampa qarşı irəli sürülən bütün ittihamlar E sinfi cinayətlərinə aiddir, Nyu-Yorkda ən aşağı kateqoriya cinayətləri hesab edilir və maksimal cəza dörd il müddətinədək azadlıqdan məhrum etməkdir.
 
Nyu-York qanunvericiliyinə görə, işgüzar sənədlərin saxtalaşdırılması bir qayda olaraq cinayət sayılır. Lakin prokurorlar şəxsin işgüzar sənədləşmənin başqa cinayət törətməsi və ya cinayətin gizlədilməsi məqsədilə saxtalaşdırdığını hesab edərsə, ittihamı sərtləşdirə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin