"Biz Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsinə order vermək qərarını nəzərə alırıq..."
"CAR BCM-in Roma Nizamnaməsini imzalayan ölkələrdəndir və Putinin həbsi barədə orderin icrasını təmin etməlidir..."
Cəbubi Afrika Respublikasının hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya prezidenti Vladimir Putinin həbsinə order verməsi qərarına münasibət bildirib.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" beynəlxalq xəbərlər agentliyi məlumat yayıb.
"Biz hökumət olaraq öz hüquqi öhdəliklərimizi anlayırıq. Lakin bu gündən etibarən və BRİKS sammitindək müxtəlif maraqlı tərəflərlə əməkdaşlıq etməkdə davam edəcəyik.
Biz BCM-in verdiyi həbs orderi barədə hesabatı nəzərə alırıq. Cənubi Afrika Respublikası Ukraynada münaqişənin sülh yolu, danışıqlar yolu ilə həllinə sadiqdir", - CAR prezidentinin mətbuat katibi Sirila Ramafosı bəyan edib.
Gözlənilir ki, Putin bu ilin avqust ayında BRİKS sammitində iştirak etmək üçün Cənubi Afrika Respublikasına səfər edəcək.
BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və CAR ölkələrini birləşdirən Dövlətlərarası birlikdir.
Martın 17-də Britaniyanın "Sky News" telekanalı qeyd edib ki, Cənubi Afrika Respublikası Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsini ratifikasiya edən ölkələrdəndir. Deməli, hüquqi cəhətdən Putinin həbs orderinin icrasını təmin etməyə borcludur.
Yeri gəlmişkən, jurnalistlər CAR prezidentinin qoşunlarına Putini həbs etmək əmrini verməsi kifayət qədər xəyali görünür.
Məsələn, 2015-ci ildə CAR BCM tərəfindən həbsinə order verilən Sudan prezidenti Ömər əl-Bəşiri həbs etməkdən imtina edib.





































































































