"Çoxları hesab edir ki, avizo sxemini yaradan çeçenlərdir. Bu, doğru deyil. Bunu mən hazırladım. Bu, ən böyük saxtakarlıq sxemi idi..."
Rusiyalı dələduz milyarder, “RosEvroBank”ın həmsahibi, vençur(innovasiya kompaniyasının inkişafı və genişlənməsindən gəlir əldə etmək üçün yüksək riskli investisiya vəsaiti-S.L.) investoru, məsləhət sxemləri kimi fırıldaqçılıq üsulunun ixtiraçısı Sergey Qrişin vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə "Mash" telegram-kanalı məlumat yayıb.
Bir gün əvvəl oliqarx beyin damarlarının zədələnməsi səbəbindən son dərəcə ağır vəziyyətdə reanimasiyada olub. Və daha sonra sepsisdən ölüb.
Sergey Qrişin Rusiyada 90-cı illərin iqtisadi çöküşündə əli olması ilə bağlı iddiaları ilə tanınır. O, ümumi avizo (qəbul edən şəxsi pul köçürmələri, məhsul və yaxud veksel göndərilməsi ilə bağlı xəbərdar edən rəsmi məktub-S.L.) fırıldaqçılığı və onlardan istifadənin müəllifi idi. Əməliyyatlardan Rusiya iqtisadiyyatına dəyən zərər trilyonlarla rublla qiymətləndirilib.
"Çoxları hesab edir ki, avizo sxemini yaradan çeçenlərdir. Bu, doğru deyil. Bunu mən hazırladım. Bu, ən böyük saxtakarlıq sxemi idi, çünki heç kim nə qədər pulun oğurlandığını dəqiq bilmirdi. Mən Rusiya mərkəzi bankında və Estoniya banklarında lazımi insanları tapdım. Estoniya bankları adından dublikat avizo hazırladım. Guya orjinal itib, avizodakı məbləğ mənim istədiyim kimi yazılıb. O, tamamilə saxta olub və heç bir şeylə dəstəklənməyib" - deyə Sergey Qrişin danışıb.
2018-ci ildə ABŞ-ın o vaxtkı 45-ci prezidenti Donald Trampa Amerika vətəndaşlığı verilməsi xahişi ilə müraciət edən Qrişin bildirib ki, “o, Estoniya və Rusiyada o qədər pul oğurlayıb ki, o, hətta dəqiq məbləği deyə bilməz, çünki bunu heç kim bilmir”.
Qrişin Santa Barbaradakı malikanəsini Şahzadə Harri və həyat yoldaşı Meqan Markla 15 milyon dollara satması ilə də tanınır.
Sultan Laçın






























































































