"Bizim ürəklərimiz qurbanlara acıyır, yaralılara isə tezliklə sağalmağı arzu edirik..."

Hazırda oxunan: "Bizim ürəklərimiz qurbanlara acıyır, yaralılara isə tezliklə sağalmağı arzu edirik..."

594839
 "İsrail Türkiyədə zəlzələdən zərərçəkənlərə təcili yardım göndərəcək"
 
"Mən prezident Ərdoğana və Türkiyə xalqına baş vermiş böyük fəlakətdən dərin kədərimizi bildirir və başağlığı verirəm..."
 
İsrail yüzlərlə insanın həlak olması və minlərlə insanın yaralanması ilə nəticələnən gecə zəlzələsindən sonra sağ qalanların axtarılmasında yardım göstərilməsi üçün Türkiyəyə xilasedici komandaların göndərilməsini təklif edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
 
Müdafiə naziri Yoav Qalant İsrail müdafiə ordusuna və müdafiə nazirliyinə arxa Komandanlığı beynəlxalq xilasetmə bölmələri vasitəsilə təcili yardım göstərilməsinə dərhal hazırlaşmağa göstəriş verib.
 
"Təhlükəsizlik qüvvələri istənilən zəruri yardım göstərməyə hazırdır, - o, deyib. - Təhlükəsizlik sistemi bir çox illər ərzində fəlakət zonalarında işdə böyük təcrübə toplayıb".
 
Xarici işlər naziri Eli Koen baş vermiş fəlakətlə bağlı Türkiyə xalqına başsağlığı verib.
 
"İsrail dövləti adından mən bu gecə Türkiyənin cənubunda baş vermiş güclü zəlzələ ilə əlaqədar olaraq türk xalqına dərin hüznlə başsağlığı verirəm, - o, deyib. - Bizim ürəklərimiz qurbanlara acıyır, yaralılara isə biz tezliklə sağalmağı arzu edirik. Mən xarici işlər nazirliyinə ağır təbii fəlakətlə bağlı Türkiyəyə sürətli yardım proqramına başçılıq etməyi tapşırmışam".
 
Bazar ertəsi səhər Koen xarici işlər nazirliyində nazirliyin rəhbəri Ronen Levi ilə birgə vəziyyəti müzakirə etmək üçün təcili iclas keçirib. 
 
İsrailin "Yunit 360" yardım təşkilatının nümayəndəsinin sözlərinə görə, təxminən 30 könüllüdən ibarət təbii fəlakət yerlərində iş üzrə ekspertlərdən ibarət komanda təcili yardım göstərilməsi üçün Türkiyəyə yola düşməyə hazırdır.
 
İsrailin "İxud Xatsala İsrael" milli könüllülər təcili yardım təşkilatı həmçinin Türkiyəyə yardım missiyası göndərməyə hazırlaşır.
 
"Dağıntılar və faciənin miqyasını öyrənəndən sonra biz dərhal vəziyyəti dəyərləndirməyə və yüzlərlə insanın həyatına son qoyan dağıdıcı zəlzələ ilə əlaqədar olaraq yardım göstərilməsi üzrə hazırlığa başlayıb", - təşkilatın baş direktoru Eli Pollak deyib.
 
"Maqen David Adom" xidməti həmçinin könüllülər və ekspertləri Türkiyəyə göndərmək niyyətində olduğunu elan edib.
 
İsrail Türkiyədə zəlzələdən zərərçəkənlərə öz yardımı ilə yanaşı, həm də Suriya qurbanlarına yardım göstərməyə hazırdır, baş nazir Binyamin Netahyahu bəyan edib.
 
"Mən Türkiyə hökumətinin xahişi ilə xilasedici komandalar və tibbi yardım göndərmək üçün sərəncam vermişəm, - Netanyahu Təl-Əviv yaxınlığında xəstəxanada mərasim zamanı deyib. - Suriyada bir çox zəlzələ qurbanları üçün yardım etmək xahişi daxil olduğuna görə mən bunu da etmək üçün sərəncam vermişəm".
 
İki ölkənin rəsmən müharibə vəziyyətində olmasına rəğmən, İsrailin müdafiə ordusu vətəndaş müharibəsi zamanı Suriyanın mülki əhalisinə miqyaslı humanitar yardım göstərib.
 
İsrail hakimiyyəti başsağlığı verir
 
Prezident İshaq Qersoq İsrailin son zamanlar əlaqələrini möhkəmləndirmək istədiyi Türkiyə rəhbərliyinə öz başsağlığını göndərib.
 
"İsrail xalqı adından mən Türkiyənin dünən axşam baş vermiş zəlzələdən sonra düçar olduğu böyük fəlakətdən dərin kədərimizi bildirirəm, - o,  özünün "Twitter" səhifəsində ivrit, türk və ingilis dillərində yazıb. - Mən prezident Ərdoğana və Türkiyə xalqına insanların həlak olması ilə əlaqədar başsağlığı verirəm".
 
"İsrail dövləti həmişə istənilən yardımı göstərməyə hazırdır. Bizim ürəklərimiz bu ağır məqamda hüzn keçirən ailələr və Türkiyə xalqı ilə birlikdədir", - İsrail prezidenti əlavə edib.
 
İsrailin Türkiyədəki səfiri İrit Lilian "Twitter"də yazıb ki, "İsrailin düşüncəsi Türkiyə və onun xalqının yanındadır və biz zəlzələnin dəhşətli nəticələrinin ilk mənzərəsini görürük".
 
Müxalifət lideri Yair Lapid "Türkiyə xalqına dünən axşam baş vermiş güclü zəlzələ ilə bağlı başsağlığı verir. İsrail onlara dəstək verir".
 
Bütün regionda binaların çökməsi nəticəsində ilkin məlumatlara görə 1200 nəfər həlak olub və minlərlə insan yaralanıb. Dağıntılar altından sağ qalanların axtarılması və onların xilas edilməsi cəhdləri davam edir, hakimiyyət həlak olanların sayının artacağı barədə xəbərdarlıq edib.
 
Təkanlar və afterşoklar İsraildə bütün ölkə boyunca Təl-Əviv və Qüdsdən Beer-Şevə və Xayfayadək hiss edilib. Zəlzələ regionun digər yerlərində, xüsusilə Livan və Kiprdə hiss edilib.
 
2020-ci ildə İsrail daha bir ölümcül zəlzələdən sonra Türkiyəyə yardım göndərməyi təklif edib, hərçənd, Ankara onu qəbul etməyib. O zamandan iki olkə arasında münasibətlər yaxşılaşıb, indiki zəlzələ isə daha güclü olub.
 
Ötən il İsrail Türkiyənin dəstəklədiyi Şimali Kiprdə meşə yanğınları ilə mübarizə üçün yanğın təyyarələri göndərib. Son illər isə Kiprdə və Yunanıstanda belə missiyalarda iştirak edib.
 
Müəllif: Aleksandra Appelberq
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin