Türkiyə sahillərində daha bir körpənin cəsədi tapıldı

Hazırda oxunan: Türkiyə sahillərində daha bir körpənin cəsədi tapıldı

96185
Türkiyənin İzmir bölgəsində dəniz sahillərində dörd yaşlı qızın cəsədi tapılıb.

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, körpənin şəxsiyyəti hələlik müəyyən edilməyib.

İlkin məlumata əsasən, azyaşlı miqrantları daşıyan qayığın batması nəticəsində dünyasını dəyişib.xa0

Yunan adalarının birinə istiqamətlənən qayıqda 15 nəfər olub. Onlardan 14-ü xilas edilib, və yalnız dörd yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, təxminən iki həftə bundan əvvəl ailəsi ilə birlikdə Yunanıstana gedən zaman dənizdə boğulan üçyaşlı suriyalı oğlan Aylan Kurdinin ölümü bütün dünyada böyük əks-səda doğurmuşdu. xa0xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin