İstanbulda 40 nəfərdən çox adam saxlanıldı

Hazırda oxunan: İstanbulda 40 nəfərdən çox adam saxlanıldı

91464

Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, polisin yoxlamaları qadağan edilmiş “Devrimci Halk Kurtuluş Partisi-Cephesi”x9d (İnqilabi Milli qurtuluş partiyası ”“ cəbhəsi) (DHKP-C) ekstremist qruplaşmasının üzvlərinə qarşı aparılıb. Polisin fikrincə Dolmabahçedəki hücumun arxasında onlar durur.

Xatırladaq ki, Türkiyənin baş nazirinin rəsmi rezidensiyasının yerləşdiyi Dolmabahçe sarayının yanında atışma dünən baş verib.

Polislər avtomatla silahlanmış iki şübhəli şəxsi AFR konsulluğunun yanında saxlayıblar.

Hadisə nəticəsində ilkin məlumata görə, bir polis xəsarət alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin