Şarliz Teron Obamanı striptizə dəvət etdi - VİDEO

Hazırda oxunan: Şarliz Teron Obamanı striptizə dəvət etdi - VİDEO

86980
“Mişel Obama məni öldürəcək”x9d.

Aktrisa və model Şarliz Teron Cimmi Kimmelin şousunun efirində ABŞ prezidenti Barak Obama ilə görüş zamanı başına gələn məzəli əhvalatı danışıb. O qeyd edib ki, dövlət başçısı ilə söhbət zamanı çox həyəcanlanıb və gözlənilmədən onu striptiz-kluba dəvət edib.

Moderator.az xəbər verir ki, bu barədə NYDailyNews bildirib.

Aktrisanın sözlərinə görə, Obama və Teronun bu ilin mart ayındakı qonaq olduqları proqramdan sonra, prezident aktrisa ilə Kimmelin şousunda iştirak etmə sevincini bölüşüb və orada gənclərlə ünsiyyət qurduğunu bildirib. Teron isə cavab olaraq:

“Əgər yetişən nəsil ilə ümumi dil tapmaq istəyirsinizsə sizi striptiz-kluba apara bilərəm”x9d, - deyib.

“Aman Allahım, Mişel Obama məni öldürəcək, - aktrisa gülüb. ”“ Barak çox şən və nəzakətli idi, və o, mənim söhbət əsnasında həyəcanlandığımı görürdü. Bu hadisədən sonra bir ay yuxu yata bilmədim. Hər dəfə gözümü yumanda: “Aman Allahım, mən həqiqətən də prezidenti striptiz-kluba dəvət etdim?”x9d deyə düşünürdüm”x9d

Cənubi Afrika mənşəli amerikalı aktrisa və model Şarliz Teron 40-dan çox filmdə çəkilib. Onların arasında “İblisin vəkili”x9d, “Dəlisov Maks: Qəzəb yolu”x9d filmləri var. O, “Monstr”x9d (2004) filminə görə “Oskar”x9d mükafatının “Ən yaxşı qadın rolu”x9d nominasiyasında laureat olub.   

“Cimmi Kimmel canlı yayımda”x9d (Jimmy Kimmel Live!) ABC telekanalında yayımlanan amerikan gecə tok-şousudur. İlk bir saatlıq seriya 2003-cü ilin yanvar ayının 26-da göstərilib. Studiyada tez-tez Nikol Kidman, Geri Oldman, Emi Adams, Riz Uizerspun, Demi Mur, Robin Uilyams, Ben Aflek peydə olurlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin