Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı müxalifət lideri Boris Nemtsovun qətlinin araşdırılmasının rezonans təfərrüatları haqqında danışıb.
ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya mətbuatı xəbər verib.
Onun sözlərinə görə, Zaur Dadayevin günahı praktik olaraq sübut edilib. Belə ki, müxalifətçini o güllələyib.
İstintaq həmçinin siyasətçinin fanatik islamçılar tərəfindən öldürüldüyünü düzgün hesab etmir: "Onlar "adi quldur" olublar".
Cinayəti Cohar Dudayev adına Ukrayna batalyonunun komandiri Adam Osmayevin sifarişi ilə həyata keçiriblər. Məqsəd isə Rusiyanı etibardan salmaqdır. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşının sözlərinə görə, Osmayevin planında prezident Vladimir Putinin kortejinin partladılması da olub. Lakin bu plan baş tutmayıb.

































































































