Kamerun nümayəndəsi: “Bakı çox gözəl şəhərdir”

Hazırda oxunan: Kamerun nümayəndəsi: “Bakı çox gözəl şəhərdir”

613844

"Bu forum Mərkəzi Afrika ölkəsi olaraq bizim üçün çox önəmlidir" .

Bu sözləri Bizim.Media-ya açıqlamasında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən Kamerun nümayəndəsi qeyd edib.
 

"Kamerundan gələndə forum haqqında düşündüm. Bu, dünyada şəhər inkişafı ilə bağlı çox vacib bir tədbirdir. Biz ona görə buradayıq ki, öyrənək, öz imkanlarımızı gücləndirək, eyni zamanda, bizim kimi yerli səviyyədə işləyən digər təşkilatlarla daha yaxşı əməkdaşlıq quraq. Kamerun Mərkəzi Afrikada yerləşən bir ölkədir. Buna görə də bu forum bizim üçün çox vacibdir, çünki biz burada bütün təşkilatlar və tərəfdaşlarla görüşürük".


Xarici nümayəndə Azərbaycanla bağlı fikirlərini də bölüşüb:

"Azərbaycan inanılmaz bir ölkədir, xüsusilə Bakı. Mən cəmi 4-5 gündür ki, buradayam, ona görə hələki hər yeri görməmişəm, amma şəhər çox gözəldir. İnsanlar çox mehribandır. Buna görə təşəkkür edirəm.”

Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin