Qardaşı üçün polisə 500 min rüşvət təklif etdi

Hazırda oxunan: Qardaşı üçün polisə 500 min rüşvət təklif etdi

68153
Rusiyada rüşvət üstündə daha bir azərbaycanlı saxlanılıb. ANS PRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, Moskva yaxınlığında külli miqdarda narkotik daşımaqda ittiham edilən Azərbaycan vətəndaşı saxlanılıb.xa0
O, böyük partiya marixuana daşımaqda şübhəli bilinərək saxlanılıb.xa0

Hüquq mühafizə orqanlarının məlumatına görə, Moskva vilayətinin Podolsk şəhərində saxlanılan şəxsin qardaşı narkotiklə mübarizə idarəsinin əməkdaşlarının kabinetinə gəlib.xa0

"O, saxlanılan şəxslə bağlı sübutları saxtalaşdırmaq üçün 500 min rubl (5850 manat) məbləğində rüşvət tələb edib".xa0

Qeyd edək ki, saxlanılan şəxsin və qardaşının adı açıqlanmayıb. Narkotik daşımaqda şübhəli bilinən kişi və qardaşını xilas etmək üçün polisə rüşvət təklif edən şəxs barəsində cinayət işi açılıb.xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin