Kanadada göyərtəsində turistlərin olduğu gəzinti qayığı batıb.
Bizim.Media xəbər verir ki, "CTV" telekanalının məlumatına görə, hadisə nəticəsində 6 nəfər itkin düşüb.
Jurnalistlərin verdiyi məlumata əsasən, qayıq Riçmond şəhəri sahillərində batıb. Qayıqda ümumilikdə 10 nəfər olub. Onlardan dördünü xilas etmək mümkün olmayıb, qalanlarının isə axtarışları davam edir.
Axtarış əməliyyatlarına Kanada Hərbi Hava Qüvvələrinin (HHQ) helikopterləri və təyyarələri cəlb olunub. Qayığın batma səbəbləri araşdırılır.
Bizim.Media



































































































