Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen iyulun 2-də Ermənistana işgüzar səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidməti səfər çərçivəsində Avropa Komissiyasının prezidenti ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün planlaşdırıldığını dəqiqləşdirib. Hökumətin mətbuat xidməti əlavə edib ki, danışıqlardan sonra Paşinyan və AK prezidenti bəyanatlar verəcək və jurnalistlərin suallarını cavablandıracaqlar.
Qeyd edək ki, daha əvvəl "Politico" nəşri yazmışdı ki, fon der Lyayen ölkənin avropayönümlü hökumətinə dəstək nümayiş etdirmək üçün Ermənistana səfər edəcək. Nümayəndə heyətinin tərkibinə genişlənmə məsələləri üzrə komissar Marta Kos da daxil olacaq.
Bizim.Media


































































































