Şəkidə parkdan keçən kişini it dişlədi

Hazırda oxunan: Şəkidə parkdan keçən kişini it dişlədi

622240

Şəki sakinini sahibsiz it dişləyib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə gecə saatlarında şəhərin mərkəzi parklarından birində baş verib.
 

Gecə saatlarında 43 yaşlı şəhər sakini Eldar Əhmədov M.Füzuli adına parkın ərazisindən keçərkən sahibsiz itin hücumuna məruz qalıb.


Müxtəlif dərəcəli xəsarət alan sakin Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona ilkin tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.

Gecəni xəstəxanada keçirən şəhər sakini həkimlərin rəyindən sonra müalicəsini  davam etdirmək şərti ilə evə buraxılıb.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin