Əkin sahələri artsa da, məhsuldarlıq azalıb... – Xaçmazın taxıl zəmilərindən VİDEOREPORTAJ

Hazırda oxunan: Əkin sahələri artsa da, məhsuldarlıq azalıb... – Xaçmazın taxıl zəmilərindən VİDEOREPORTAJ

622158

Bu il müşahidə olunan qeyri-sabit hava şəraiti Şimal bölgəsində kənd təsərrüfatının müxtəlif sahələri kimi, taxılçılığa da öz mənfi təsirini göstərib.

Bizim.Media-nın çəkiliş qrupu şimal bölgəsinin ən çox taxıl əkilən rayonlarından olan Xaçmazdakı taxıl zəmilərinə yollanıb.

Uzun illərdir Xaçmazda və ətraf rayonlarda fərdi kombayn sürücüsü kimi fəaliyyət göstərən İlqar Quliyev intensiv yağıntılar səbəbindən taxılçılıqda məhsuldarlığın aşağı səviyyədə olduğunu deyib.

İş adamları və fermerlər də bu il məhsuldarlığın az olmasından şikayətlənirlər. Onlar intensiv yağışların taxılın becərilməsinə mane olduğunu bildirirlər.
 

Sözügedən vəziyyətlə bağlı Xaçmaz rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirildi ki, rayonda bu il keçən illə müqayisədə taxıl əkini artıb. Keçən il 18372 hektar sahədə taxıl əkilmişdisə, bu il 18733 sahədə əkin aparılıb.


Lakin qurumdan verilən açıqlamada məhsuldarlıqda azalmanın olduğu bildirilib. Qeyd olunub ki, bəzi yerlərdə məhsuldarlıq bir hektar üzrə 15-18, bəzi yerlərdə 28-29 sentner təşkil edir. Halbuki keçən il bu rəqəm 34 sentnerə bərabər idi. Qeyd olunub ki, intensiv və güclü yağıntının düşməsi taxılın becərilmə prosesini ləngidib.

Nəticədə zəmilərdə alaqotular artıb və məhsuldarlıq çox aşağı həddə düşüb. Laki bəzi yerlərdə məhsuldarlıq normal səviyyədədir.

Qurumun açıqlamasında həmçinin bildirilib ki, hazırda rayonda arpa biçini gedir. Buğda biçini zamanı məhsuldarlıq arta bilər. Konkret göstəriciləri isə biçin tam başa çatdıqdan sonra demək mümkün olacaq.


Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin