İranın dondurulmuş aktivləri ilə bağlı razılıq əldə olundu – Pezeşkiandan QƏLƏBƏ ELANI

Hazırda oxunan: İranın dondurulmuş aktivləri ilə bağlı razılıq əldə olundu – Pezeşkiandan QƏLƏBƏ ELANI

622170

İran və Qətər rəsmi Doha banklarında dondurulmuş 12 milyard dollarlıq İran aktivlərinin ilk mərhələdə 6 milyard dollarının sərbəst buraxılaraq Tehrana qaytarılması barədə razılığa gəliblər.

Bizim.Media İran KİV-ə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Qum şəhərində çıxışı zamanı səsləndirib.

O, ABŞ ilə əldə olunmuş çərçivə sazişi və İslamabad anlaşma memorandumu çərçivəsində neft və neft-kimya sanksiyalarının qaldırıldığını, həmçinin maliyyə vəsaitlərinin qaytarılacağını bəyan edib:

"Əldə olunmuş razılaşmalara əsasən, Qətərdə saxlanılan 12 milyard dollarlıq İran vəsaitinin 6 milyard dolları blokdan çıxarılacaq və ölkəyə qaytarılacaq. Bu vəsaitlərin qalan hissəsinin də geri qaytarılması üçün lazımi işlər davam etdirilir".
 

Prezident Pezeşkian bu addımı İran xalqının sanksiyalar və iqtisadi təzyiqlər qarşısındakı müqavimətinin "böyük qələbəsi" adlandırıb. O təkrar edib ki, Tehran nüvə silahı əldə etmək niyyətində deyil və beynəlxalq birliyi əmin edib ki, ölkənin nüvə fəaliyyəti yalnız dinc məqsədlərə və elan olunmuş siyasət çərçivəsinə uyğun aparılacaq.


Xatırladaq ki, iyunun 20-də Amerikanın "The Wall Street Journal" qəzeti Vaşinqton və Dohanın İrana məxsus dondurulmuş aktivlərin bir hissəsinin humanitar məhsulların (ərzaq və dərman) alınması üçün istifadə edilməsi mexanizmi üzərində işlədiyini yazmışdı. İndi isə hər iki ölkənin texniki qruplarının Dohada görüşərək bu maliyyə köçürməsinin icra detallarını yekunlaşdıracağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin