Aİ Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırdı: 50 bank da siyahıdadır

Hazırda oxunan: Aİ Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırdı: 50 bank da siyahıdadır

647235

Avropa İttifaqına üzv ölkələrin səfirləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini ilkin olaraq razılaşdırıblar.

Bizim.Media xəbər verir ki, bu barədə “European Pravda” nəşri məlumat yayıb.
 

Məlumata görə, noyabrın 11-də keçirilən razılaşma çərçivəsində 145 fiziki və hüquqi şəxsin sanksiya siyahısına daxil edilməsi nəzərdə tutulur. Belə ki, Ukraynanın ərazi bütövlüyünə qarşı fəaliyyətlərinə görə 12 fiziki və 101 hüquqi şəxs məhdudiyyətlərə məruz qalacaq. Hüquqi şəxslər arasında 50 Rusiya bankı da var.


Sanksiyalar Rusiyanın “kölgə donanması”na yardım edən şirkətləri də əhatə edəcək.

Bundan əlavə, Rusiyanın hibrid fəaliyyətinə görə 30 fiziki və bir hüquqi şəxs, kiberhücumlara görə isə bir şirkət sanksiya siyahısına daxil ediləcək.

Yeni sanksiyaların noyabrın 16-da Aİ Xarici İşlər Şurası tərəfindən yekun təsdiqlənməsi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin