Zelenski: “Putindən fərqli olaraq mən Trampla oyun oynamıram” – VİDEO

Hazırda oxunan: Zelenski: “Putindən fərqli olaraq mən Trampla oyun oynamıram” – VİDEO

643966

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə özü arasındakı əsas fərqi açıqlayıb.

Bizim.Media xəbər verir ki, Ukrayna lideri "ABC News" telekanalına müsahibəsində bu barədə danışıb.

Zelenski ABŞ prezidenti Donald Trampla münasibətlərindən danışarkən səmimiyyətin vacibliyini vurğulayıb:

"Mən Trampla oyun oynamıram. Putinlə aramdakı fərq də məhz bundadır. Mən onunla heç bir oyun oynamıram. Mən dürüstəm, vəssalam".

Zelenski həmçinin qeyd edib ki, ikiüzlü tərəfdaşlardansa, dürüst müttəfiqlərlə işləmək Vaşinqton üçün daha sərfəlidir:

"Sizin üçün həqiqətən minnətdarlıq hiss etdikdə bunu ifadə edən mənim kimi tərəfdaşlara malik olmaq, hər saniyə təşəkkür edib Putin kimi davrananlardan daha faydalıdır. Siz böyük minnətdarlıq nümayiş etdirə bilərsiniz, lakin arxanızı çevirən kimi kürəyinizə bıçaq saplayacaqlar. Buna görə də doğru insanlarla doğru sövdələşmələr bağlamaq daha yaxşıdır".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin