Dünyanın ən böyük sərnişin təyyarəsi səmada dövrə vurur – SƏBƏB

Hazırda oxunan: Dünyanın ən böyük sərnişin təyyarəsi səmada dövrə vurur – SƏBƏB

643861

Hava məkanının bağlanması səbəbindən hazırda Moskvada eniş icazəsi gözləyən təyyarələr arasında dünyanın ən böyük sərnişin təyyarəsi də var.
 
Bizim.Media xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.

Belə ki, Dubaydan Domodedovoya uçan "Emirates" şirkətinə məxsus "Airbus A380" təyyarəsi hazırda Penza vilayəti üzərində dövrə vurur.

Texniki xüsusiyyətlərinə görə, bu təyyarə Rusiyada yalnız məhdud sayda hava limanına – o cümlədən hazırda bağlı olan Moskva "Şeremetyevo" və "Domodedovo" hava limanlarına, həmçinin Sankt-Peterburqun "Pulkovo" və Novosibirskin "Tolmaçevo" hava limanlarına eniş edə bilər.
 

Qeyd edək ki, Moskvadakı bütün hava limanlarında həm gəliş, həm də gediş reysləri müvəqqəti olaraq dayandırılıb.


"Şeremetyevo" hava limanında hava hücumu təhlükəsi elan edilib. Hazırda təxminən 10 təyyarə eniş etmək üçün gözləyir.

Nuranə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin