Səfirimiz etimadnaməsini Malayziya Kralına təqdim etdi – FOTO

Hazırda oxunan: Səfirimiz etimadnaməsini Malayziya Kralına təqdim etdi – FOTO

643043

Azərbaycanın Malayziyadakı səfiri Xəzər Fərhadov etimadnaməsini bu ölkənin Kralı Sultan İbrahimə təqdim edib.

Bizim.Media xəbər verir ki, təqdimetmə mərasimi zamanı səfir X.Fərhadov Prezident İlham Əliyevin salamlarını və ən xoş arzularını Malayziyanın Kralına çatdırıb.

O, dövlətimizin başçısının iki dost və qardaş ölkə arasındakı münasibətlərin daha da inkişafı və gücləndirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayıb.
 

Malayziya Kralı Sultan İbrahim də salamlarını və ehtiramını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib, Azərbaycan xalqının rifah, xoşbəxtlik, əmin-amanlıq və tərəqqisinin davam etməsini arzuladığını bildirib.


O, Malayziya ilə Azərbaycan arasında mövcud olan möhkəm dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın rifahı naminə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin