Yunanıstan sahillərində miqrantları daşıyan iki qayıq batdı - 12 ölü var

Hazırda oxunan: Yunanıstan sahillərində miqrantları daşıyan iki qayıq batdı - 12 ölü var

643049

Yunanıstanın Lesbos və Samos adaları yaxınlığında qeyri-qanuni miqrantları daşıyan iki qayığın batması nəticəsində azı biri körpə olmaqla 12 nəfər ölüb.

Bizim.Media Yunanıstanın ERT telekanalına istinadən xəbər verir ki, Samos adası yaxınlığında qayıqlardan birinin çevrilməsi nəticəsində 6 nəfər ölüb, 14 nəfər xilas edilib. 

Digər hadisə Lesbos adası sahillərində qeydə alınıb.

Belə ki, naviqasiya işıqları olmadan hərəkət edən və miqrantları daşıyan qayıq təqib zamanı patrul qayığı ilə toqquşaraq çevrilib. Nəticədə biri körpə olmaqla 6 nəfər batıb, 8 nəfər xilas edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin