İran ABŞ ərazisinə çatmağa qadir olan qitələrarası ballistik raketlər üzərində işləyir və bu raketləri nüvə döyüş başlığı ilə təchiz etmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-ın Fox News televiziya kanalına müsahibəsində bu iddia ilə çıxış edib.
Netanyahu bildirib ki, Tehranın raket proqramı təkcə İsrail üçün deyil, həm də Birləşmiş Ştatlar üçün birbaşa təhlükə yaradır və ABŞ-ın istənilən şəhəri İrandan gələcək potensial nüvə təhdidinin girovuna çevrilə bilər.
İsrail Baş nazirinin sözlərinə görə, İran rəhbərliyi Amerikanın şəhərlərini kütləvi qırğın silahları ilə hədələyərək gələcəkdə Vaşinqtona siyasi təzyiq göstərmək mexanizmi əldə etməyə çalışır.
Netanyahu vurğulayıb ki, qlobal və regional təhlükəsizliyə yönəlmiş bu təhdidin qarşısını almağın yeganə yolu İrandakı mövcud rejimin kənarlaşdırılmasıdır.
İran tərəfi isə nüvə silahı yaratmaq niyyətində olmadığını dəfələrlə bəyan edib və ölkənin nüvə proqramının müstəsna olaraq dinc və mülki xarakter daşıdığını iddia edir.
Bizim.Media





























































































