XİN-dən Müstəqilliyin Bərpası Günü ilə bağlı PAYLAŞIM - FOTO

Hazırda oxunan: XİN-dən Müstəqilliyin Bərpası Günü ilə bağlı PAYLAŞIM - FOTO

642825

18 oktyabr – Müstəqilliyin Bərpası Günü xalqımızın azadlıq iradəsinin, milli birliyinin və dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür.

Bizim.Media xəbər verir ki, bu, Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında edilən paylaşımda bildirilib.
 

"Azərbaycan xalqının dövlət müstəqilliyini bərpa etməsinin 35-ci ildönümü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, doğma vətənimiz üçün əbədi müstəqillik, davamlı sülh, tərəqqi və firavanlıq arzulayırıq.


Qoy müstəqil Azərbaycanımız daim inkişaf etsin, üçrəngli bayrağımız hər zaman yüksəklərdə dalğalansın!" - paylaşımda qeyd olunub.

Həmçinin XİN başçısı Ceyhun Bayramov da sosial şəbəkədə paylaşım edərək xalqı Müstəqilliyin Bərpası Günü münaibətilə təbrik edib.

"Bu gün müstəqil Azərbaycan öz zəngin dövlətçilik irsinə söykənərək inamla gələcəyə doğru irəliləyir, beynəlxalq arenada mövqeyini möhkəmləndirir və milli maraqlarını qətiyyətlə müdafiə edir", - C. Bayramov yazıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin