800 nəfər Dağüstü parkın pilləkənləri ilə üzü yuxarı yürüş etdi

Hazırda oxunan: 800 nəfər Dağüstü parkın pilləkənləri ilə üzü yuxarı yürüş etdi

642841

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Bakı – Dünyanın idman paytaxtı” çərçivəsində növbəti silsilə tədbir uğurla baş tutub.

Bizim.Media xəbər verir ki, Bakıda “Zirvəyə birlikdə qalxaq” adlı kütləvi yürüş təşkil olunub. 800 nəfərin qeydiyyatdan keçdiyi tədbir aktiv və sağlam həyat tərzinin təbliği məqsədi daşıyıb.
 

Yürüşdən əvvəl Dövlət Himni səsləndirilib. Daha sonra iştirakçılar Funikulyor meydanından start götürərək Dağüstü parkın pilləkənləri ilə üzü yuxarı yürüş edib və marşrutu “Mənzərə” restoranının yaxınlığında uğurla başa çatdırıblar.


Qeyd edək ki, kütləvi yürüş formatında keçirilən tədbirin bütün iştirakçılarına xatirə medalı təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin