Kanadanın Alberta əyalətində yerləşən "Ueynrayt" (Wainwright) hərbi bazasında güclü yanğın baş verib.
Bizim.Media xəbər verir ki, hadisə nəticəsində insan tələfatı və xəsarət alanların olduğu bildirilir.
Kanadanın milli müdafiə naziri Devid Makginti (David McGinty) və Baş nazir Mark Karni (Mark Carney) hərbi bazada baş verən faciəli insidentlə bağlı bəyanat verərək, vəziyyətin gərgin olduğunu və tələfatın dəqiq sayının araşdırıldığını bildiriblər.
Güclü külək səbəbindən alov güclü yayılaraq şəhərin cənubundan hərbi bazanın ərazisinə keçib. Fövqəladə xidmətlər yaşayış binalarının və obyektlərin mühafizəsini prioritet elan ediblər.
"Ueynrayt" bazası ölkənin ən böyük hərbi təlim mərkəzlərindən biridir. Burada 1000-dən çox hərbçi və mülki heyət fəaliyyət göstərir. İstintaq orqanları yanğının dəqiq səbəblərini müəyyənləşdirir.
Bizim.Media





























































































