MLS müntəzəm çempionatının növbəti matçında "İnter Mayami" səfərdə "Atlanta Yunayted"ə 3:1 hesabı ilə qalib gəlib.
Bizim.Media xəbər verir ki, birinci hissənin sonunda Luis Suaresin ötürməsindən sonra qonaqların meksikalı yarımmüdafiəçisi Erman Berterame hesabı açıb.
Oyunun 56-cı dəqiqəsində Berteramenin ötürməsini Lionel Messi qola çevirib. Cəmi dörd dəqiqə sonra, 60-cı dəqiqədə 39 yaşlı argentinalı ulduz Luis Suaresin ötürməsi ilə dublunu rəsmiləşdirib.
"Atlanta" matçın sonlarında təsəlli qolunu vura bilib - 89-cu dəqiqədə Fafa Piko penaltini dəqiq yerinə yetirib.
Bu qələbədən sonra "İnter Mayami" xallarının sayını 55-ə çatdıraraq MLS-in Şərq Konfransında 2-ci pillədə yer alır. 30 xalı olan "Atlanta" isə 14-cü sırada qərarlaşıb.
Bizim.Media





























































































