Rusiya dizel yanacağı daşıyan ilk tankeri dünya bazarına yola saldı - Aleksandr Novak

Hazırda oxunan: Rusiya dizel yanacağı daşıyan ilk tankeri dünya bazarına yola saldı - Aleksandr Novak

642849

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak "Solovyov Live" verilişinə müsahibəsində Rusiya dizel yanacağı ilə yüklənmiş ilk tankerin Dikson (mətbuatda bəzən "Diksi" kimi qeyd olunur) limanından dünya bazarına yola salındığını bəyan edib. Onun sözlərinə görə, Avropa istehlakçılarının Rusiyanın enerji resurslarına marağı artıb.

Bizim.Media xəbər verir ki, ABŞ və Rusiya arasında əldə olunmuş razılaşmalar çərçivəsində dünya bazarına dizel yanacağının çıxarılması prosesinə start verilib.

Birinci mərhələdə oktyabr ayı ərzində 300 min tondan çox, noyabrda isə əlavə 500 min ton dizelin nəqli nəzərdə tutulur.
 

Aleksandr Novak qeyd edib ki, tətbiq edilən məhdudiyyətlər və sanksiyalar qlobal bazarda təklif qıtlığı yaradıb və nəticədə dünya bazarı 2,2 milyard barrel neftdən məhrum olub.


Rusiya rəsmisi Avropa ölkələrində enerji resurslarına ciddi tələbatın saxlandığını və Rusiya yanacağının qlobal təchizat zəncirində sabitləşdirici rol oynayacağını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin